Pik saatı 2 (ing. Rush Hour 2) — filmin rejissoru Brett Ratnerdir.Film Pik saatı filminin davamıdır.
Pik saatı 2 | |
---|---|
ing. Rush Hour 2 | |
Janr |
döyüş komediya |
Əsas mövzu | Los Anceles Polis Departamenti |
Rejissor | Brett Ratner |
Prodüserlər |
Artur Sarkisyan Rocer Birnbaum |
Ssenari müəllifi | Cef Natanson |
Baş rollarda |
Ceki Çan Kris Taker |
Operator | Mattyu F.Leonetti |
Bəstəkar | Lalo Şifrin |
Montajçı | Mark Helfriç |
İstehsalçı | New Line Cinema |
Distribütor | InterCom[d], Netflix |
İlk baxış tarixi | 3 avqust 2001 |
Müddət | 90 dəq. |
Büdcə | 90.000.000 $ |
Gəlir | 347.325.802 $ |
Ölkələr |
ABŞ Honq Konq |
Dil | ingiliscə |
İl | 2001 |
Əvvəlki film | Pik saatı |
Sonrakı film | Pik saatı 3 |
Rəng | rəngli |
IMDb | ID 0266915 |
Hadisələr Honq Konqda başlayır, burada müfəttiş Li yeni dostu Karterə məmləkətinin görməli yerlərini göstərir. Birdən Amerika səfirliyinin partlaması haqqında məlumat əldə edirlər. Li araşdırmaq üçün təyin olunur və Karter bu işdə ona kömək etmək qərarına gəlir. Keçmiş bir polis və indi Li'nin atasının ortağı olan kriminal avtoritet Riki Tan'ın onunla əlaqəli olduğu ortaya çıxdıqda iş çətin bir dönüş keçir.
Li və Karter təhlükəli cinayətkar Hu Li'nin yanına gedirlər. Li Hu Li ilə vuruşur, onu tutmağa çalışır, ancaq geri çəkilib gizlənməyi bacarır. Tezliklə polis binasında terror hadisəsi baş verir, bundan sonra Li və Karter, bir-birlərindən asılı olmayaraq (Li Karterin öldüyünü düşünür) qayıqda olan Riki Tanın yanına getdilər.Onun üçün işləyən Hu Li-yə xəyanət edir, sonra Li-dən qorunmasını xahiş edir, amma Hu Li Rikini vurur və suya düşür. Karter yaxta milyarderi Stiven Raini görür və onun bu işdə iştirakından şübhələnir. Bundan sonra müfəttiş Li-nin işi dayandırılır və tərəfdaşlar istintaqı ABŞ-də davam etdirməyə qərar verirlər.