Piləpan qalası

Piləpan qalasıOrdubad rayonunun Çənnəb kəndindən qərbdə arxeoloji abidə.

Qala üç tərəfdən sıldırım qayalarla əhatə olunmuşdur. Onun təbii cəhətdən zəif müdafiə olunan ş. tərəfinə hündür divar çəkilmişdir. Divarların hündürlüyü 2–4 m arasındadır. Divar boyunca qalanın içərisində dördkünc formalı yaşayış üçün sığınacaqlar inşa olunmuşdur. Onların həcmi bir-birindən fərqlənir. Bəzi otaqlardan bir-birinə keçid qoyulmuşdur. Divarın üzəri ilə əsgərlərin müdafiəsi üçün xüsusi sipər düzəldilmişdir. Axtarışlar zamanı qaladan yalnız Son Orta əsrlərə aid keramika məmulatı aşkar olunmuşdur. Arxeoloji materiallara əsasən qalanı 3-19 əsrlərə aid etmək olar.[1]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Naxçıvan Abidələri Ensiklopediyası səh. 397.