Çənnəb (əvvəlki adı: Çənənəb) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda kənd.[1] Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Çənənəb kənd inzibati ərazi dairəsi tərkibindəki Çənənəb kəndi Çənnəb kəndi, Çənənəb kənd inzibati ərazi dairəsi Çənnəb kənd inzibati ərazi dairəsi adlandırılmış, Çənnəb kənd inzibati ərazi dairəsinin mərkəzi Çənnəb kəndindən Üstüpü kəndinə keçirilmiş, Çənnəb kənd inzibati ərazi dairəsi Üstüpü kənd inzibati ərazi dairəsi adlandırılmışdır.[2]
Çənnəb | |
---|---|
39°01′03″ şm. e. 45°54′12″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Çənənəb Ordubad rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Dağ ətəyindədir. Çənənab variantında da qeydə alınmışdır. 2003-cu ildən Çənnəb kimi rəsmiləşdirilmişdir. Türk dillərində çən "çəngəlin ağzı, haçalanmış bir Şey" mənasında işlənir. Yaşayış məntəqəsi də Arazın qollarından birinin ikiyə bolunduyu, haçalandığı yerdə yerləşir. Oykonim "suyun haçalandığı yer, suayrıcı" mənasındadır.[3].
Orta məktəbi, kulubu, kitabxanası, tibb məntəqəsi var[4].
Rayonun mərkəzindən 32 km şimal-qərbdə, dağ ətəyindədir.
Əhalisi 538 nəfərdir.[5]
Əhalisi bağçılıq, heyvandarlıq, əkinçilik və arıçılıqla məşğuldur.