Pinanq adası (malay Pulau Pinang) — Malakka boğazında, Malayziyanın şimal-qərbində yerləşən ada.
Pinanq adası | |
---|---|
malay Pulau Pinang | |
Ümumi məlumatlar | |
Sahəsi | 290 km² |
Sahil uzunluğu | 40 km |
Hündür nöqtəsi | 738 m |
Əhalisi | 720.000 nəfər (2010-cu il) |
Yerləşməsi | |
5°24′00″ şm. e. 100°14′00″ ş. u. | |
Ölkə | Malayziya |
Akvatoriya | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Adanın sahəsi 290 km²-dir. Ölkənin dördüncü ən böyük adasıdır. bu siyahıya Kalimantan daxil deyildir[1]. Ən hündür nöqtəsi Pinanq dağıdır (738 m).
Eyni adlı ştat ərazisiunbə daxildir. Malay yarımadası ilə Pinanq körpüsü ilə birləşir. Körpü ştatın gerbində əks olunmuşdur. 2014-cü ildə ikinci körpü inşa edilmişdir. Üstəlik yarımada ilə 6 bərə ilə əlaqəıləndirilir. Adada 1923-cü ildən funikulyor fəaliyyət göstərir. Funikulyor 1998 metr uzunluğa, 8 stansiyaya sahibdir. Bu məsafə 5 dəqiqə ərzində qət olunur. 2010-cu ildə yenidən qurulmuşdur. 2015-ci ildə 1 mln. 350 min nəfərə xidmət etmişdir.
2010-cu il məlumatımna görə adada 700 min insan yaşayır. Ən böyük şəhəri Corctaun ştatın paytaxtıdır.[2]. İnanclılar arasında müsəlmanlar üstünlük təşkil edir. Bunbunla belə xristianlar buddistlər və iudaizm inanclı olanlar da vardır. Əhalisinin böyük qismini malayziya çinliləri və malaylar üstünlük təşkil edir. 2003-cü ildə adanın şimalında Pinanq milli parkı yaradılmışdır[3]. İqlimi ekvatorialdır. havanın temperaturu +27…+32 C, suyu isə +25…+30 C təşkil edir.
Ada kedah sultanlığına məxsus olmuşdur. 11 avqust 1786-cı ildə adanı OST-Hind şirkəti ələ keçirir və Şahzadə Uelsin şərəfinə adlandırır. 1805-ci ildən ada Benqaliyadan idarə olunurdu. 1826-cı ildə Streyts-Setlments koloniyasına daxil edilir. 1946-cı ildə Malay İttifaqına daxil edilir. 1948-ci ildə isə Malay Federasiyasının ərazisi olur. 2011-ci ildən Corctaun şəhəri UNESCO Ümumdünya irsi siyahısına daxil edilmişdi[4]