Pinus beardsleyi

Sarı şam (lat. Pinus ponderosa) – şamkimilər fəsiləsinin şam ağacı cinsinə aid bitki növü.

Sarı şam
Elmi təsnifat
Beynəlxalq elmi adı

Təbii halda Şimali Amerika nın qərbində, İngiltərə də, Kolumbiya da, Cənubi Kaliforniya da, eləcə də Avropa nın bir çox ölkələrində bitir. Hündürlüyü 50 m olan, ensiz-konusşəkilli, açıq çətirli, sonradan enli-piramidal forma alan möhkəm, ağacdır. Gövdəsinin qabığı qırmızı-qonur və ya qara rəngli olub, 10 sm qalınlığındadır, iri qatlarla ayrılan qalın qabıqla örtülmüşdür. Diametri 180 sm-dir. Azsaylı şaxələnmiş, çox vaxt qövsşəkilli əyilmiş, qısa budaqları ağaca xüsusi gözəllik verir. Cavan zoğlarının qalınlığı 8–20 mm-ə qədərdir. Qınların uzunluğu 20–27 mm-dir. İynəyarpaqları tünd-yaşıl, ucu biz, sıxdır, uzunluğu 30 sm-ə qədərdir, 2-5 ədədi bəzən bir dəstədə yığılır. Qozaları qəhvəyi rəngli, parlaq, silindr formalıdır, uzunluğu 15 sm, eni isə 10 sm-dir, çox zaman 3-5 ədədi bir yerdə olur. Bu da ağaca xüsusi gözəllik verir. Sarı şam cavan yaşlarında zəif inkişaf edir, yaşlaşdıqca boy inişafi sürətlənir. Torpağa az tələbkardır, istisevən, quraqlığa, şaxtaya, qaza və tüstüyə davamlıdır. Qumsal, daşlı, gilicəli torpaqlarda da yaxşı inkişaf edir, bataqlıqlaşmış torpaqlarda bitmir. Ddekorativ çətirinə görə tək əkinlərdə, kiçik qruplarda, parklarda gözəl görünür. Azərbaycan da AbşeronLənkəran da rol kənarlarındakı yaşıllıqlarda rast gəlinir. Yarpaqlarından və kal qozalarından alınan ekstraktdan ürək, astma, sinir xəstəliklərinin müalicəsində istifadə olunur.

  • Pinus beardsleyi A.Murray bis
  • Pinus benthamiana Hartw.
  • Pinus craigiana A.Murray bis
  • Pinus engelmannii Torr.
    • Pinus jeffreyi var. ambigua Lemmon
    • Pinus jeffreyi var. nigricans Lemmon
  • Pinus nootkatensis Manetti ex Gordon [Invalid]
  • Pinus parryana Gordon
    • Pinus ponderosa var. benthamiana (Hartw.) Vasey
    • Pinus ponderosa subsp. benthamiana (Hartw.) Silba
    • Pinus ponderosa f. crispata Schwer.
    • Pinus ponderosa var. nana Beissn.
    • Pinus ponderosa var. nigricans (Lemmon) Lemmon
    • Pinus ponderosa var. parryana (Gordon) Rob.
    • Pinus ponderosa var. pendula Hook.f. ex H.W.Sarg.
    • Pinus ponderosa f. pendula (Hook.f. ex H.W.Sarg.) Rehder
    • Pinus ponderosa var. ponderosa
    • Pinus ponderosa subsp. washoensis (H.Mason & Stockw.) A.E.Murray
    • Pinus ponderosa var. washoensis (H.Mason & Stockw.) J.R.Haller & Vivrette
  • Pinus resinosa Torr.
  • Pinus sinclairiana Carrière [Invalid]
  • Pinus washoensis H.Mason & Stockw.[1]

Növ müxtəlifliyi

[redaktə | mənbəni redaktə et]

Məlumat mənbələri

[redaktə | mənbəni redaktə et]

Деревья и кустарники СССР. т.3.1954; Флора Азербайджана. т.5. 1954; Azərbaycanın ağac və kolları. III cild. 1970; Azərbaycanın “Qırmızı” və “Yaşıl Кitabları”na tövsiyə olunan bitki və bitki formasiyaları. 1996; Azərbaycan florasının konspekti. I-III cildlər. 2005; 2006; 2008.

  1. “Azərbaycan dendraflorasi” I cild, Baki, “Elm”, 2011, 312 səh.
  1. Sarı şam:''The Plant List saytında takson barədə məlumat. (ing.)