Pinus laricina

Amerika qara şamı (lat. Larix laricina) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin i̇ynəyarpaqlılar dəstəsinin şamkimilər fəsiləsinin qara şam cinsinə aid bitki növü.

Amerika qara şamı
Elmi təsnifat
Beynəlxalq elmi adı

Vətəni Şimali Amerikadır. Tundra zonasında cənubda, Alyaska, KanadaPensilvaniya ştatlarında bitir. Şimalda çayların və göllərin sahillərində təmiz əkinlər əmələ gətirir və qara küknar, Kanada küknarı və kağız tozağacı ilə birlikdə qarışıq meşələrdə bitir. Hündürlüyü 25 m-ə qədər, çətiri ensiz-piramida formalı və ya konusvarı, budaqları aşağıya sallanmış, yarpağını tökən ağacdır. Gövdəsinin rəngi tünd qonurdan boz rəngə qədər dəyişir. Cavan zoğları qonur-narıncı, göyümtül çalarlıdır, çılpaq və ya seyrək tükcüklüdür. Uzunluğu 3 sm olan iynəyarpaqları yazda çox zəif, açıq yaşıl olur, sonradan tündləşir. İşıqsevən və yavaş böyüyən cinsdir. İynəyarpaqları aprelin ortalarında açılır, noyabrda tökülür. Toxumlarla çoxalır. Toxum qabıqalrı qalın, çılpaq, qövsvarı əyilmiş, bir az içəri burulmuşdur. Ucunda kənar qabıqları toxum qabıqlarının 1/2 hissəsini təşkil edir və qozaların bünövrələrində çıxır. Gözəl, az budaqlı çətirinə görə öz yaşıl görkəmini digərlərindən çox saxlayır. Qozaları xırda, çox dekorativdir, əvvəlcə bənövşəyi-qırmızı olur, yetişdikdə qırmızı-qonur rəng alır. Mədəni şəraitdə 1737-ci ildən becərilir. 23 yaşında hündürlüyü 18,6 m, gövdəsinin diametri 29-38 sm, illik boy artımı 12 sm olur. 7 yaşından çiçəkləyir. Qışadavamlılğı yüksəkdir. Emal edilmədən qış qələmləri kök atmır. Avropanın dəniz və kontinental iqlimində yaxşı bitir, Avropa qara şamına nisbətən iqlimə daha davamlı hesab edilir. Digər qara şamlara nisbətən yavaş böyüyür, vegetasiyası dugər növlərdən gec başlayır. Yaxşı drenajlı torpaqlara və açıq yerlərə üstünlük verir. Rütubətə davamlıdır. Tək və qrup əkinlərində, parklarda, bağlarda geniş istifadə edilir. Göllərin və bataqlıq sahələrin yaşıllaşdırılması üçün yararlıdır. Aşağıdakı formaları məlumdur: "Aurea"-formasının zoğlarında iynəyarpaqları qızılı-sarı, yayda açıq yaşıl rənglidir. Bu dekorativ forma 1866-cı ildə bağban Sensklaus tərəfindən alınmışdır. Abşeronda yeni salınan parklarda, bağlarda rast gəlinir və mədəni şəraitdə becərilir.

  • Abies microcarpa (Lamb.) Lindl.
  • Larix alaskensis W.Wight
  • Larix americana Michx.
    • Larix americana var. incurva Peck
    • Larix americana var. prolifera Loudon
    • Larix americana var. rubra Loudon
    • Larix dahurica var. americana (Michx.) Henkel & W.Hochst.
  • Larix fraseri Curtis ex Gordon [Invalid]
  • Larix intermedia (Du Roi) Lodd. ex J.Forbes
    • Larix laricina var. alaskensis (W.Wight) Raup
    • Larix laricina subsp. alaskensis (W.Wight) Silba
    • Larix laricina var. americana (Michx.) Lemmon
    • Larix laricina f. depressa J.Rousseau
    • Larix laricina f. laricina
    • Larix laricina var. lutea Jaurès & Ferré
    • Larix laricina f. lutea (Jaurès & Ferré) Ouden & Boom
    • Larix laricina var. parvistrobus Jaurès & Ferré
    • Larix laricina f. parvistrobus (Jaurès & Ferré) Ouden & Boom
  • Larix microcarpa (Lamb.) J.Forbes
  • Larix rubra Steud. [Invalid]
  • Larix tenuifolia Salisb.
  • Pinus intermedia Du Roi
  • Pinus laricina Du Roi
    • Pinus larix var. alba Castigl.
    • Pinus larix var. americana Pall.
    • Pinus larix var. nigra Castigl.
    • Pinus larix var. rubra Castigl.
  • Pinus microcarpa Lamb.