Pinus mariana

Qara küknar (lat. Picea mariana) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin i̇ynəyarpaqlılar dəstəsinin şamkimilər fəsiləsinin küknar cinsinə aid bitki növü.

Qara küknar
Elmi təsnifat
Beynəlxalq elmi adı

Botaniki xarakteristikası

[redaktə | mənbəni redaktə et]

Şimali Amerikanın çimalında Labrador yarımadasından Alyaskaya kimi və cənubda Virciniyadan Viskonsinə qədər yayılmışdır. Hündürlüyü 20–30 m, gövdəsinin dimateri 30–90 sm, ensiz, konusvarı çətirli ağacdır: mədəni şəraitdə, əsaəsn, orta ölçülüdür. İri ağaclarda budaqları torpağa qədər sallanır. Qabığı yarıqlı, bozumtul və ya qırmızımtıl-qonur, nazikdir. Cavan zoğları qırmızımtıl-qonur, sıx, qırmızı tükcüklüdür. Tumurcuqların uzunluğu təxminən 5 mm, yumurtavarı-konusvarıdır, qatransız və ya az qatranlıdır; onların qabıqları üçbucaq, uzunsov-ucu biz, tükcüklü, qırmızı-qonurdur. İynəyarpaqları nazik, uzunluğu 6–12 (18) mm, eni 0,7–0,8 mm, dördbucaqlı, iynəli, bəzən küt, tünd göyümtül-yaşıl, çox sıx, 8–9 (14) ol qalır, sürtüldükdə ətirli olur. Qozaları yumurtavarı, xırda (uzunluğu 2–3,5 sm və eni 1,5–1,8 sm), yetişənə qədər alqırmızı-qonur, yaşlandıqda tutqun-qonur, nazik yumurtavarı qabıqlı, uzun illər (20–30 ilə qədər) ağacda qalır. Toxumların uzunluğu 2 mm, tünd-qonur, narıncı-qonur qanadı 2–3 dəfə ondan uzundur. ədəni .raitdə torpaqlara az tələbkar, kölgəyə davamlıdır. Avropada 1700-cü ildən becərilir, az miqdarda rast gəlinir. Qışadavamlıdır, hər yerdə qozalar və toxumlar əmələ gətirir. Cənubda ilin quru dövrlərində suvarılmaya ehtiyacı var. Hətta əlverişli şəraitdə yavaş böyüyür. Kiçik ölçülərinə görə onu kiçik sahələrdə istifadə etmək olar. Küknarların digər növlərindən fərqli olaraq hər il bol meyvə verir. Ensiz çətiri və göyümtül xırda iynəyarpaqları ilə fərqlənir. Avropada və Şimali Amerikada qara küknarın dekorativ formalarından ("Kobold", "Baysneri", "Doumeti", "Nana", "Argenteo-varieqata"), qızılı, parlaq iynəyarpaqlı "Aurea", sallaq çətirli "Pendula", alçaqboylu "Empetroides", "Erikoides" və s.-dən hələlik yaşıllaşdırmada az istifadə edilir. Azərbaycanın cənub rayonlarında çox davamlıdır, ancaq az rast gəlinir.

Homotipik sinonimləri

[redaktə | mənbəni redaktə et]
  • Abies mariana Mill.
  • Pinus mariana (Mill.) Münchh.

Heterotipik sinonimləri

[redaktə | mənbəni redaktə et]
  • Abies denticulata Michx.
  • Abies nigra (Castigl.) Du Roi
  • Abies nigra var. nana Jacques
  • Abies nigra var. pumila Knight ex Gordon & Glend.
  • Peuce rubra Rich.
  • Picea brevifolia Peck
  • Picea brevifolia var. semiprostrata Peck
  • Picea ericoides Bean
  • Picea mariana var. beissneri Rehder
  • Picea mariana f. beissneri (Rehder) Rehder
  • Picea mariana var. brevifolia (Peck) Rehder
  • Picea mariana f. doumetii (Carrière) O.L.Lipa
  • Picea mariana f. empetroides Vict. & J.Rousseau
  • Picea mariana f. ericoides (Bean) Rehder
  • Picea mariana f. fastigiata Rehder
  • Picea mariana var. fastigiata (Rehder) Rehder
  • Picea mariana f. fastigiata (Carrière) Rehder
  • Picea mariana f. grisea Vict.
  • Picea mariana f. nana (Beissn.) Rehder
  • Picea mariana var. pendula (Schwer.) Fitschen
  • Picea mariana var. pendula-variegata (Hornibr.) Fitschen
  • Picea mariana f. semiprostrata (Peck) S.F.Blake
  • Picea mariana var. semiprostrata (Peck) Teeri
  • Picea mariana f. squamea Vict.
  • Picea nigra (Castigl.) Link
  • Picea nigra var. brevifolia (Peck) Rehder
  • Picea nigra var. doumetii Carrière
  • Picea nigra var. fastigiata Carrière
  • Picea nigra var. nana Beissn.
  • Picea nigra pendula Schwer.
  • Picea nigra var. pendula-variegata Hornibr.
  • Picea nigra var. semiprostrata (Peck) Brainerd, L.R.Jones & Eggl.
  • Picea nigra var. virgata Rehder
  • Pinus canadensis var. nigra Castigl.
  • Pinus canadensis var. nigricans Weston
  • Pinus denticulata (Michx.) Muhl.
  • Pinus marylandica Antoine
  • Pinus nigra Aiton