Pinus peuce


Balkan şamı (lat. Pinus peuce) — şamkimilər fəsiləsinin şam ağacı cinsinə aid bitki növü.

Balkan şamı
Elmi təsnifat
Beynəlxalq elmi adı

Balkan yarımadası nın dağ rayonlarında təbii halda bitir, hündürlüyü 20 m-ə qədərdir. Çox vaxt dağların yuxarı zolağında kol şəklində bitir. Çətiri konusvarı, qabığı hamar, boz-qonur və ya qırmızı-qonurdur. Cavan zoğları qalın (3–4 mm), çılpaq, yaşıldır, sonra boz və ya boz-qonur olur. Tumurcuqları yumurtavarı, ucu qısa, bizşəkilli, qatranlıdır, uzunluğu 5–10 mm, eni 2,5–4 mm-dir. Dəstəşəkilli iynəyarpaqları möhkəm, 5 ədəd, kənarları az dişli, boz, tünd yaşıl, açıq zolaqlıdır. Uzunluğu 6-10 sm, eni 0,75–1 mm olub, 3 ilə qədər budaqların üzərində qalır. Qozaları sallaq, silindirik, bərk oduncaqlı, qalın qabıqlıdır, 3-cü ili yetişir. Qısa saplaqlarda tək və ya bir neçə ədədi birlikdə yerləşir, uzunluğu 8-10 sm, qalınlığı 2,5-4 sm-dir. Toxumlarının rəngi qonur, uzunluğu 5–7 mm-dir. Qanadının uzunluğu 15 mm-ə qədərdir, 10-12 yaşında meyvə verir. Uzunsov silindirik, açıq-qonur qozaları budaqlarda uzun müddət qalır. Mədəni şəraitdə 1863-cü ildə becərilir. Qərbi Avropada çox vaxt dekorativ bitki olaraq parklarda, bəzən meşələrdə də təsadüf edilir. Mərdəkan Dendrarisi ndə introduksiya olunmuşdur. İlk toxumvermə vaxtı 10 yaşından başlayır, toxumları sentyabrın əvvəllərində yetişir və tez tökülür. Qışa və kölgəyədavamlıdır, tez böyüyür, torpağa isə az tələbkardır. Göbələk xəstəliklərinə dözümlüdür.

Məlumat mənbələri:

[redaktə | mənbəni redaktə et]

Деревья и кустарники СССР. т.3.1954; Флора Азербайджана. т.5. 1954; Azərbaycanın ağac və kolları. III cild. 1970; Azərbaycanın “Qırmızı” və “Yaşıl Кitabları”na tövsiyə olunan bitki və bitki formasiyaları. 1996; Azərbaycan florasının konspekti. I-III cildlər. 2005; 2006; 2008.