Pinus sabiniana

Vətəni Şimali Amerikadır. 1832-ci ildə Londonda Mədəni Bitkilər Cəmiyyətinin katibi Corc Sabininin şərəfinə adlandırılmışdır. Orta hündürlükdə, çoxaylı gövdəyə malik ağacdır. Budaqları qısa olub, müxtəlif tərəflərə əyilmişdir. Qabığı boz-qonur, qalın, dərin qırışlıdır. Zoğları nazik, mavi-yaşıl rəngli, çılpaq və qırışlıdır. Tumurcuqları xırda, silindrik olub, uzunluğu 1,5-2 sm-dir. Qatranlı, qabıqların kənarları məxməri, açıq-qonurdur. İynəyarpaqların 3 ədədi bir yerə birləşmiş, bir-birindən aralı və sallaqdır, budaqların üzərində 3 ilə qədər qalır. Açıq mavi-yaşıl rəngli olub, uzunluğu 20-30 sm və eni 1,5 mm-dir, kənarları dişlidir, qatran kanalları parenximdə yerləşir. Qozaları iridir, uzunluğu 15-20 və eni 10-15 sm-dir. Toxumların saplaqları əyilmiş formadadır, qırmızı-qonur rəngdədir, uzunluğu 3-4 sm, qanadın uzunluğu 1 sm-dir. Cavan zoğları tez böyüyür, kölgəyə soyuğa və quraqlığa davamlı istisevən ağac cinsidir. Çimləşmiş gillicəli torpaqlarda yaxşı bitir. Dekorativ ağacdır. Azərbaycan da Abşeron da, Lənkəran da, Gəncə də, Astara da becərilir. Qruplarda və ya açıq sahələrdə tək əkinlərdə istifadə edilir.

Sabini şamı
Elmi təsnifat
Beynəlxalq elmi adı

Məlumat mənbələri:

[redaktə | mənbəni redaktə et]

Деревья и кустарники СССР. т.3.1954; Флора Азербайджана. т.5. 1954; Azərbaycanın ağac və kolları. III cild. 1970; Azərbaycanın “Qırmızı” və “Yaşıl Кitabları”na tövsiyə olunan bitki və bitki formasiyaları. 1996; Azərbaycan florasının konspekti. I-III cildlər. 2005; 2006; 2008.

  1. “Azərbaycan dendraflorasi” I cild, Baki, “Elm”, 2011, 312 səh.
  1. Australian Plant Name Index (ing.).