Pinus sinclairii

Pinus radiata (lat. Pinus radiata) — şamkimilər fəsiləsinin şam ağacı cinsinə aid bitki növü.

Şüalı şam
Elmi təsnifat
Beynəlxalq elmi adı

Vətəni Şimali Amerika dır. Çətiri yumru, şarşəkilli, sıxdır. Zoğları möhkəm yapışmış, nazik və müxtəlif uzunluqdadır. Tumurcuqları qısa, uzunluğu 3 mm, pulcuqları yapışqanlı, nazik, yumşaq, boz-mavi, zoğların uclarında yuxarı istiqamətlənmiş, qeyri-bərabər yayılmışdır, üstdən yaşıl, altdan mavi-yaşıldır, uzunluğu 10 sm-ə qədərdir. Tezböyüyən, istisevən kölgəyə və soyuğa davamlıdır, quraqlığa dözümsüzdür. Ağır olmayan rütubətli, drenaj üsulu ilə təmişlənmiş gillicə, qumluca tropaqlarda yaxşı bitir, durğun sulu, artıq dərəcədə nəm olan torpaqlarda göbələk xəstəliklərinə yoluxduğu üçün uzunömürlü olmur. Aşağı temperaturda (-10-110 C) iynəyarpaqlarını don vurur. Güclü dəniz küləklərinə qarşı davamlıdır. Bu növ qrup və sıra əkinləri üçün yararlıdır. Böyük çəmənliklərdə tək əkilə bilər. Dekorativ və gözəl olduğuna görə mədəni şəraitdə çox becərilir. Toxumla və calaqla çoxaldılır. Daşlıq sahələrin yaşıllaşdırılması üçün məsləhət görülür. Respublikamızda bağ və parkların salınmasında, habelə Xəzər sahillərində rast gəlinir.


  • Pinus adunca Bosc. ex Poir.
  • Pinus californica Loisel.
  • Pinus insignis Douglas ex Loudon
    • Pinus insignis var. laevigata Lemmon
    • Pinus insignis var. macrocarpa Hartw. ex Carrière
  • Pinus montereyensis Rauch. ex Gordon [Invalid]
    • Pinus radiata subsp. insignis Schwer.
    • Pinus radiata var. radiata
    • Pinus radiata var. tuberculata (D.Don) Lemmon
  • Pinus rigida Hook. & Arn.
  • Pinus sinclairii Hook. & Arn.
  • Pinus tuberculata D.Don[2]

Növ müxtəlifliyi

[redaktə | mənbəni redaktə et]

Məlumat mənbələri:

[redaktə | mənbəni redaktə et]

Деревья и кустарники СССР. т.3.1954; Флора Азербайджана. т.5. 1954; Azərbaycanın ağac və kolları. III cild. 1970; Azərbaycanın “Qırmızı” və “Yaşıl Кitabları”na tövsiyə olunan bitki və bitki formasiyaları. 1996; Azərbaycan florasının konspekti. I-III cildlər. 2005; 2006; 2008.

  1. “Azərbaycan dendraflorasi” I cild, Baki, “Elm”, 2011, 312 səh.
  1. Tropicos (ing.).
  2. Şüalı şam:''The Plant List saytında takson barədə məlumat. (ing.)