Coser (e. ə. XXVIII əsr – e. ə. XXVII əsr) — Misirin Qədim padşahlığa aid III sülalənin e.ə. 2720–2700 ci illərdə hökmranlıq etmiş fironu[1] Coser zəmanəsinə aid Horus adı Netyeri-xet kimi də identifikasiya olunur. Qədim padşahlığa aid ilk tikilmiş qatlı ya pilləli Coser ehramı məhz ona məxsusdur.
Qədim Misir fironu | |
Coser | |
---|---|
Sülalə | Üçüncü sülalə |
Tarixi dövr | Qədim padşahlıq, Üçüncü sülalə |
Atası | Xasexemui |
Uşaqları | |
Dəfn yeri | |
Vikianbarda əlaqəli mediafayllar |
Arxeoloji məlumatlar təsdiqləyir ki, Coser Hor adı Netyeri-xet ilə bərabər və ya yanaşı göstərilə bilər. Belə ki, XII sülalə firon II Senusert heykəlinin altında şahin adı "Hor-Netyeri-xet-coser" kimi göstərilmişdir.[2]
Coser adı əsasən Sakkaradakı Coser ehram kompleksindəki yazılardan üzə çıxmışdır. Ehram kompleksində aşkarlanmış yazılarda fironun arvadı və qızının adı "Xenti-ta-ceser-nisut" (əlahəzrət hökmdarın ölkəsinin xeyir-duası ilə) kəlməsi ilə başlanır. "Ceser-nisut" səhv olaraq sonralar Coser kartuş adı kimi işlənilmişdir.
Buna misal olaraq Abidos siyahısındakı 16 nömrəli I Setiyə məxsus kartuş adını göstərmək olar. İlkin variantda başqa ad olmuş, "Coser" isə sonradan əlavə olmadır. Bu adın nə məna daşıması və məqsəd güdməsi məlum olmadığından müxtəlif interpritasiyalara məruz qalmışdır..[3]
Coser Xasexemuinin arvadı, II sülalə çariçası Nimaat- Hapinin oğlu, güman edilir ki, oğulluğudur. Coserin yeganə məlum olan arvadının adı Hetephernebti və tək qızının adı İnetkaes olmuşdur. Bu qızın Hetephernebtidən olması haqqında dəqiq məlumat yoxdur. Ailəsi haqqında təsəvvürlər əsasən Turin muzeyində inv.-Nr. 2671/211 altında saxlanılan Heliopolun relyef fraqmentindəki təsvirə əsaslanır. Burada iri planda hökmdar taxta oturmuş Coser, kiçik planda isə qızı İnetkaes və arvadı Hetephernebti təsvir edilmişdir. Hökmdarın ayağında bir əks də vardır ki, aid şiriftlər çox pis saxlanılmışdır. Ann Macy Roth bu yazını Nianx-Hathor kimi oxuyaraq, bunun Coserin digər bir qızı olduğunu iddia edir.[4] Bu oxunuş çox şübhəli olduğundan Misir tədqiqatlarında yerini tuta bilməmişdir.
XX əsrin əvvəllərində ehram sahəsi Ceyms Advard Kvibelli tərəfindən müayinə və tədqiq edilərkən gənc qadına aid çoxlu sümüklər aşkarlanır və bunların şahzadəyə aid olması güman edilir.[5] Coserin xələfi fironun generalı Sexemxet olmuşdur.
Turin çar papirusunda Coserin hökmranlığı 19 il 1 ay göstərilmişdir.[6] Bir yazıda isə onun Misir təqvimi ilə Nilin daşdığı il 26 III Axetdə hakimiyyətə gəlmiş olması göstərillir.[7] Palermo daşında Coserin ilk beş hökmranlıq ili qeyd edilmişdir. Digər illər haqqında bir o qədərdə məlumat yoxdur.
İllər | Hadisələr |
---|---|
I il | Yuxarı və Aşağı Misirin hökmdarı; Yuxarı və Aşağı Misirin birləşdirilməsi; Qala divarları ətrafına cıxış |
II il | Yuxarı və Aşağı Misirin hökmdarı; Sentj-sütununun Yuxarı Misir hökmdarına verilməsi |
III il | Tanrı Hora xidmət; Minnin heykəlinin qoyulması |
IV il | Yuxarı və Aşağı Misirin hökmdarı; |
V il | Tanrı Hora xidmət, Ced bayramı…. |
Palermo daşının zədəli olduğundan V hücrədəki yazı tam açılmamışdır. Hansı mərasimdən söz getdiyi qeyri müəyyəndir. İmhotep, Hesire, Anch-en-iti, Nedyem-Anxı və Xai-neferu Coserin inanılmış əyanlarında da olmuşlar.
Coser hökmdar ilə günəş arasında sıx bağlılıq yaradaraq bu kultu inkişaf etdirmişdir. I sülalə zamanından hökmdar canlı Horusla müqayisə olunurdu. İlk dəfə Coser hökmdarı yer üzünün günəş bərabəri olan göylər tanrısı Horusla eyniləşdirmişdir.[8] Bununla da Coser yeni hökmdar fəlsəfəsinin əsasını qoymuş olur. Bu paralellik özünü qatlı ehramın tikintisində də göstərməkdədir. Qədim inaclara görə hökumdar həyatının sonuna qədər göylər allahı şahinin (Horus) yerdəki təmsilçisidir. Qədim Misir mifalogiyasında tanrı-şahin hökmdar (firon) evinin və şəxsən çarın (fironun) mühafizəçisi sayılır. Buna görə də Horus adı çar və ya firon tituluna aid edilmişdir. Horus sözü adönü "hökmdar" ("firon"), işarəsi isə "tanrı" mənasını verir.
→ Baş məqalə: Coser ehramı
Coser ehramı − pilləli ehram olub, günümüzədək gəlib çatan ən qədim daş tikilidir. Doqquz ən hündür ehramdan biri sayılır. E. ə. təqribən 2650-ci ildə firon İmhotep tərəfindən Sakkarada məqbərə məqsədilə firon Coserin şərəfinə tikdirilmişdir. Ehram Coserin şərəfinə tikilsə də burada onun bütün ailə üzvləri – arvadları və uşaqları dəfn edilmişdir. Ehram beş qata malik olub, əlavə malik olduğu tikililərlə, məzarlıq labirinti ilə birlikdə kompleks təşkil edir. Coser pilləli ehramı ilə bərabər yeni ehram dövrü başlanmış olur.[9]
Abidosdan şimalda Bait Xallafda yerləşən Mastaba K2 hökmdar tərəfindən anası Nimaat-hapiyə həsr edilmişdir.[10][11]
Sinai yarımadasında, Vadi Maqharada aşkarlanmış onun aparmış olduğu yürüşü xatırladan (yaxınlıqda firuzə yatağının olması bu yürüşün məqsədindən xəbər verir.) bir yazılı təsvirdə yanında tanrı dayanmış Coserin bir əsiri cəzalandırması göstərilmişdir. Təsvirin yazısında bunlar: "Anx-en-iti" – Səhranın sahibi həkk edilmişdir.[12]
Coserə aid olan abidələrdən ən böyük maraq kəsb edəni onun oturmuş halda kirəc daşından yonulmuş özü boyda Coser ehram komplexsinin sərdabəsində taxta qoyulmuş vəziyyətdə olan heykəlidir. Sərdabənin şimal tərəfində iki dəlik gözlük vardır ki onların vasitəsilə heykəli görmək mümkündür. Heykəlin əsli hal hazırda Qahirədəki Misir muzeyində saxlanılır. Sərdabədəki isə onun surətidir. Sərdabənin yan daşı bərpa zamanı içərisini ziyarət edənlərə nümayiş etdirmək məqsədilə vitrinlə əvəz edilmişdir. Heykəlin əlləri və üzü ilkin formasında tünd qırmızı rənglə boyanmış, gözləri isə qara cizgilənmiş, göz almasının yerində sonradan talan edilmiş billur daş yerləşmiş olmuşdur. Heykələ məxsus bir fraqment ölü məbədində aşkarlanmışdır.[13]
Coser və İmhotep hər ikisi sonrakı dövrlərdə kultlaşdırılaraq ilahiləşdirilmişdir. Coser adı bir çox tikililər və əfsanələrlə bağlıdır. Nebka, Snofru, Xeops kimi Coser haqqında da Vestkar papirusunda sonuncu cümlədə söhbət açılır.[14]