Piridazin (kimyəvi formulu: C4H4N2 (1,2-diazin)) heterotsiklik aromatik birləşmədir. Piridazin İki qonşu karbon atomu azotla əvəz edilmiş benzol həlqəsinə malikdir.
Piridazin | |
---|---|
Ümumi | |
Sistematik adı | Piridazin- 1,2-diazin |
Kimyəvi formulu | C4H4N2 |
Molyar kütlə | 80,09 q/mol |
Fiziki xassələri | |
Sıxlıq | 1,1054 q/sm³ |
Termik xüsusiyyətlər | |
Ərimə nöqtəsi | -8 °S |
Qaynama nöqtəsi | 208 °S |
Təsnifatı | |
CAS-da qeyd. nöm. | 289-80-5 |
PubChem | 9259 |
ChEBI | 30954 |
ChemSpider | 8902 |
Piridazin hidrazinin a-ketoqlutarik turşusu ilə reaksiyasindan alınır.
Suda, dietil efirində, benzolda və spirtdə həll olan rəngsiz mayedir. Piridazin doymuş karbohirogen məhlulunda həll olmur.Piridinə nisbətən piridazin daha zəif əsasdır. Nitratlaşma, sulfatlaşma, halogenləşmə reaksiyasına praktik olaraq daxil olmur. Alkilhalogenidlərlə N-duzlar əmələ gətirir. Güclü oksidləşdiricilərlə reaksiyaya daxil olmur. Hidrogen peroksidlə N-oksid əmələ gətirir.
Piridazindən üzvi sintezdə istifadə edilir. Piridazindən herbisidlər, antivirus və antibakterioloyi vasitə kimi istifadə edilir.