Pirojna

Çiyələkli pirojna

Pirojna — şirin xəmirdən hazırlanan kiçik ölçülü, adətən də kremli olan şirniyyat məhsulu.

Pirojnanın növləri

[redaktə | mənbəni redaktə et]

Şokoladlı pirojna

[redaktə | mənbəni redaktə et]
  • 250 qram un
  • 6 ədəd yumurta
  • 130 qram şəkər
  • 50 qram kakao tozu
  • 200 qram qaymaq
  • 100 qram şokolad
  • 5 qram ovulmuş portağal qabığı
  • 1 paket vanil
  • 5 qram soda

Yumurtaların ağını 150 qram şəkərlə çalın. Üzərinə kakao, soda, un, portağal qabığı, vanil və 50 qram şəkərlə ovuşdurulmuş yumurta sarısı əlavə edib xəmir yoğurun. Xəmiri 3 hissəyə bölüb qoğal bişirin. Qaymağı qalan şəkərlə çalın. Şokoladı sürtgəcdən keçirin. Qoğallara çalınmış qaymaq sürtün, sonra şokolad səpin. Məmulatı üçbucaq formasında doğrayıb 20 dəqiqə soyuq yerdə saxlayın. Nuş olsun![1]

Portağal sufleli pirojna

[redaktə | mənbəni redaktə et]

biskvit üçün:

  • 3 yumurta
  • 150 q şəkər tozu
  • 150-200 q un

sufle üçün:

  • 20 q jelatin
  • 200-250 portağal şirəsi (4-5 portağalın)
  • 500 ml 33-35%-li qaymaq
  • 150 q şəkər tozu

Yumurtaları şəkər tozu ilə çalın. Un əlavə edin, qarışdırın. Sinini (20x30 sm) yağlayın, yaxud perqament döşəyin. Xəmiri tökün. 180 dərəcə qızdırılmış sobada 30-35 dəqiqə bişirin. Hazır biskvitə şərbət və ya şirə hopdura bilərsiniz.[2]

Ekler pirojnası

[redaktə | mənbəni redaktə et]
  • 1 st.un
  • 120 qr marqarin
  • 4 ədəd yumurta
  • 1 st.su
  • xörək duzu
  • Şokolad sousu

Bir qaba su, marqarin və duz qoyulub qaynadılır. Sonra qazın altını daha zəif edərək un əlavə edilir və durmadan qarışdırılır. Kütlə halına gələndən sonra ocağın üstündən götürülür. Xəmirin 5 dəqiqə soyuması lazımdır ki, yumurtalar içində çırpılarkən bişməsin. Sonra yumurtalar əlavə edilərək qarışdırılır. Xəmirdən mətbəx şpritsinə doldurularaq yağlanmış sobanın listinə düzülür. Bu xəmirdən hazırlanmış eklerler əvvəlcə 200 dərəcədə 10 dəqiqə,sonra 180 dərəcədə yenə 10 dəqiqə bişirilir. Sonra eklerlerin üzəri, ya da içərisi zövqə görə şokalad sosu ilə bəzədilir.[3]

  1. Şokoladlı kek
  2. Portağal sufleli kek
  3. "keklar - kayzen.az". 2021-12-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-27.