Maffin

Maffin (ing. muffin) — keksin amerikan variantı, kiçik dairəvi və ya oval formasında şirniyyat, əsasən şirin olur, tərkibinə müxtəlif, xüsusilə də meyvə içliyi daxildir. Adətən, maffin yetkin bir insanın ovucu boyda olur. Maffinlər həmçinin qarğıdalı unundan hazırlana bilər. Maffinə qaragilə, şokolad yonqarı, moruq, darçın, balqabaq, qoz-fındıq, banan, portağal, şaftalı, çiyələk, kök, limon və s. əlavə edilə bilər.

Maffin
Aid olduğu milli mətbəxlər
Amerikan mətbəxi
Mənşəyi
Tərkibi
Əsas
Təfərrüatları
Tipi Şirniyyat
pekankapuçino ilə maffin

Maffin adının yaranması ilə bağlı bir neçə versiya vardır. Bunlardan birinə görə, maffin sözü IX əsrdə Böyük Britaniyada yumşaq çörək mənasını verən mouflett[2][3] fransız sözündən götürülmüşdür. Digər versiyaya görə, maffin çörəyin bir növü olan alman sözü muffe ilə əlaqəlidir.[4]

ABŞa maffini Böyük Britaniya immiqrantları gətirmişlər. Samuel Tomas 1880-ci ildə Nyu-Yorkda "Maffin Haus" adlı çörəkxana açmışdır. Maffin 1893cü ildə Çikaqoda keçirilən Ümumdünya sərgisində satışından sonra ABŞ məşhurluq qazanmışdır.

Maffinlər, ehtimal ki, kiçik pirojnanın qarğıdalı çörəyindən hazırlanan növüdür. Bugünkü maffinlərin ulu babaları kiçik şiriniyyatlar olmuşdur, lakin onların dəqiq növləri məlum deyil. Maffinlərin hazırlanması tez və sadə olduğundan səhər yeməyi üçün yaxşıdır. 50-ci illərdə meydana gələn maffin üçün qatışıqların satışını Spacey's (ABŞ) və Cadbury (Böyük Britaniya) həyata keçirmişdir.

Maffinlərin növləri

[redaktə | mənbəni redaktə et]

Maffinlərin iki növü vardır: ingilis və amerikan[5]. İngilis maffinlərinin hazırlanmasında maya xəmiri, amerikan maffinlərinin hazırlanmasında isə tərkibində yumşaldıcı olan xəmir və ya şirniyyat üçün olan sodadan istifadə olunur.

  • Muffins. // Andrew F. Smith. Fast Food and Junk Food: An Encyclopedia of What We Love to Eat. ABC-CLIO, 2011. С. 490.  (ing.)
  1. 1 2 https://www.usatoday.com/story/travel/2018/07/09/20-foreign-foods-really-american/764102002/.
  2. Oxford English Dictionary 2nd Ed. (1989)
  3. Harper, Douglas. "Online Etymology Dictionary". 26 August 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 April 2006.
  4. Beecher, Catharine Esther. Miss Beecher's domestic recipe book. Harper. 1871. səh. 99.
  5. American muffins Arxivləşdirilib 2019-01-28 at the Wayback Machine at cakebaker.co.uk; retrieved 3 Sept 2017
  6. "Minnesota North Star". 2012-04-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-07.
  7. "Minnesota North Star". 2012-02-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-07.
  8. "State Symbols USA". 2015-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-07.