Brauni (ing.Chocolate brownie) — şokoladlıpirojna. Xarakterik qəhvəyi rəngdə (ing.brown — «qəhvəyi») olduğu üçün brauni adlandırılmışdır. Düzbucaqlı formada kəsilmiş şokolad piroqu olan brauni amerikan mətbəxinin ənənəvi yeməyidir.
Qaba yumurtaları qırın və şəkəri əlavə edib, əriyənə qədər çırpın. Kərəyağını və şokoladı buxar üsulu ilə əridin. Əriyən Şokolad-kərəyağı qarışığını da əlavə edin. Kakaosunu da qoyub qarışdırın. Ən son unu, vanili və qabartma tozunu əlavə edin. Hamısını qarışdırın. Soba qabına yağlı kağız sərin. Üzərinə qarışığı tökün. Yuyunmuş və çəyirdəyi çıxarılmış albalıları üzərinə düzün Əvvəldən isidilmiş 180 dərəcəlik sobada 15 dəqiqə qədər bişirin.
Clegg, Jo-Ann. "Brownie connection just doesn't pan out". The Virginian-Pilot. 27 February 1998. 20 February 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 7 February 2016. (Subscription required (help)).