Piroksenlər — minerallar, zəncirvari quruluşlu metasilikatlar.
Piroksenlər | |
---|---|
Ümumi məlumatlar | |
Kateqoriya | Mineral |
Vikianbarda əlaqəli mediafayllar |
Piroksenlər ümumi formulu W(X, U)1+p[Z2O6], burada W=Ca, Na; X=Mg, Fe2+, Mn, Ni, Li; U=Al, Fe3+, Cr, Ti; Z=Si, Al. Rombik piroksenlər p»1, monoklinik piroksenlər p»0-1. Sərtliyi 5-6, Xüsusi çəkisi 3-3,5, çox nadir hallarda 4-dək. Rombik piroksenlər ayrılması {210} üzrə mükəmməl, monoklinik piroksenlər 87° bucaq altında {110} üzrə mükəmməl. Rombik piroksenlər enstatit-ferrosilit (Fs) fasiləsiz izomorf seriya əmələ gətirir. Fe komponentinin miqdarı - 0-12, bronzitdə - 12-30, hiperstendə - 30-50, evlitdə - 50-88 və ferrosilitdə - 88-100 mol. %. Fe miqdarı ilə elementar özəyin parametrləri arasında düz asılılıq müəyyən edilmişdir. Bir sıra rombik piroksenlər inversiyaya uğramış pijonitin səmtlənmiş lövhəcikvari, monoklinik piroksenlər cücərtiləri olur. Rombik piroksenlər kristallaşma temperaturu aşağı düşdükcə Ca qatışığının miqdarının azalmasına görə onun miqdarından geoloji termometr kimi istifadə edilir. Enstatit və bronzitin çox hissəsi əsasi və ultraəsasi, qismən az hissəsi isə regional metamorfizmin yüksək pilləsinə uyğun gələn süxurlarla əlaqədardır. Hipersten və ferrosilit xüsusilə norit və çarnokitlər üçün səciyyəvidir. Monoklinik piroksenlər diopsid, hedenbergit, yoxansenit, egirin, jadeit, avgit, pijonit, omfasit, fassait, spodumen aiddir. Bunların arasında diopsid-hedenbergit, egirin-avgit fasiləsiz və bir neçə natamam izomorf sıralar məlumdur. Monoklinik piroksenlər maqmatik, metamorfik və metasomatik süxurlarda rast gəlinir.