Piroxlor — mineral, NaCaNb2O6F.
Piroxlor | |
---|---|
Ümumi məlumatlar | |
Kateqoriya | Mineral |
Xüsusiyyətləri | |
Kristalloqrafik sinqoniya | kubik sinqoniya |
Zolaq rəngi | ağ |
Sıxlıq | 2,81 q/sm³ |
Vikianbarda əlaqəli mediafayllar |
Piroxlor - adi qatışıqları: Ta, Y, TR, U, Th, Fe, Ti; Nb Ta-la tam əvəz olunduqda - mikrolit. Kubik. Habitus oktaedrik. İkiləşməsi şpinel qanunu üzrə. Ayrılması {111} üzrə qeyri-mükəmməl. Rəngi rəngsiz, sarı, qonurdan qaraya kimi. Sərtliyi 5,5. Xüsusi çəkisi 4,2-6,4, lakin Ta miqdarı artıqca xüsusi çəkisi artır. Çox vaxt metamikdir. Qələvi süxurlarda, peqmatitlərdə, karbonatitlərdə rast gəlinir. Nb, Th, U filizidir. Növ müxtəlifliyi: elsvorit, qatçettolit, titanpiroxlor, uranpiroxlor, mikrolit, obruçevit, marinyakit, plümbopiroxlor. Sinonim: Koppit.