Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Pirr (e.ə. 318, Epir – e.ə. 272) — Sərkərdə.
Pirr | |
---|---|
q.yun. Πύρρος | |
Doğum tarixi | e.ə. 318 |
Doğum yeri | |
Vəfat tarixi | e.ə. 272 |
Fəaliyyəti | siyasətçi, hərbi qulluqçu |
Vikianbarda əlaqəli mediafayllar |
Romalıların hökmdar Pirrlə apardığı müharibə çox məşhur olmuşdu. Pirr Makedoniyalı İskəndərin uzaq qohumlarından olub. Onun ölümündən sonra Pirr bir sıra döyüşlərdə iştirak edərək məşhur sərkərdəyə çevrilmişdi. Hətta o dövrdə yaşamış Karfagenli Hannibal qədim dünya sərkərdələri içərisində Pirri ilk sıraya qoymuşdu. Lakin Pirrin böyük ordusu yox idi, o, kiçik nəsli mülkünü – dağlı Epir padşahlığını idarə edirdi.
Bu zaman romalılar demək olarki bütün İtaliyanı ələ keçirmişdilər. Appenin yarımadasının cənubunda yunan koloniyası, böyük şəhər Tarent romalılara itaət etmədi. Açıq döyüşdə tarentliləri məğlub etdi. Tarentlilər kömək üçün Pirrə müraciət etdilər. Pirr onların ordusuna başçılıq etməyə razılıq verdi. Ilk döyüşdə özünə məxsus döyüş sənətindən istifadə edərək Romalıları darmadağın etdi. Romalılar güclü müqavimət göstərsələrdə Pirrin ordusunun manevirləri və döyüş fillərinə qarşı müharibə apara bilmədilər, qaçdılar. Bu qələbədən sonra demək olarki İtaliyanın yarısı Pirr tərəfindən ələ keçirildi. Pirrin ordusu yavaş-yavaş Romaya yaxınlaşırdı. Qalların yürüşündən sonra Roma ən ağır təhlükəni yaşayırdı. Pirrin həkimi Romalılara məktub göndərərək böyük pul müqabilində öz padişahını zəhərləməyi təklif etdi. Romalılar Pirrə cavab yazdılar: "Biz səni ölümdən xilas edərək bildiririk ki, bunu sənə yaxşı münasibət bəslədiyimizdən deyil, ona görə edirik ki, qoy heç kim sonra deməsin ki, Roma cəsarət göstərmədən, hiylə yolu ilə qalib gəldi. "İkinci döyüşdə Pirr bir daha qalib gəldi. Lakin bu döyüşdə Romalılar Pirrin ordusunun böyük hissəsini məhv etdilər. Döyüşdən sonra sərkərdələrdən biri Pirri qələbə münasibətilə təbrik etdikdə Pirr belə demişdi:
Daha belə bir qələbə və biz məhv olduq. Bu döyüş e.ə. 279-cu ildə baş vermiş Askule döyüşü idi.
Romalılar öz ölkələrində vuruşurdu, ona görədə hər dəfə ordu toplaya bilirdi. Pirr isə əlavə kömək olmadan döyüşürdü. Üçüncü döyüşdə Pirr məğlub oldu. Bu zaman Epirin Makedoniya və Yunanıstanla münasibətləri pisləşmişdi. Bu səbəbdən İtaliyanı tərk etdi. Romalılarla müharibəni davam etmək üçün ilk olaraq Makedoniya və Yunanıstanı tabe etmək qərarına gəldi. Yunanıstanın Artos şəhərində gedən küçə döyüşlərində Pirr bir yunan vətəndaşı ilə döyüşməli oldu. Pirrlə şəhərlinin döyüşünü şəhərlinin anası evin damından izləyirdi. Oğlunun təhlükəyə düşdüyünü görən qoca ana əlinə keçən gül dibçəyini Pirrin üzərinə atdı. Dibçək Pirrin başına düşdü və hökümdar öldü.