Pirs 63 (ing. Pier 63) ― Nyu-York şəhəri Manhetten borosunun Çelsi rayonu tərəfdə Hudzon çayı üzərində bir vaxtlar yerləşən "Delaware, Lackawanna and Western Railroad" dəmiryolu barjası. O, əvvəlcə Çelsi pirsi və Hudzon River Park yaxınlığında 23-cü küçədə yerləşirdi. Con Krevi onu 1996-cı ilin oktyabr ayında Staten-Aylenddə yaşayan istifadə olunmuş maşın alverçisindən almışdır və yedək gəmi ilə gətirmişdir. Bu barja, çayın altındaт keçən konteyner daşıyıcısı və ya tunellərin peydə olunmasından əvvəl Hudzon çayı üzərindən yük vaqonlarının daşınması üçün istifadə olunurdu. Pirs 63-ün quru tərəfi əvvəllər Baltimor və Ohayo dəmir yolları üçün malların barjadaki yük vaqonlarından yerli nəqliyyat vasitələrinə köçürüldüyü yükboşaltma stansiyası kimi istifadə olunurdu.
Pier 66-dan məsul olan Con Krevi 4 fevral 2011-ci ildə vəfat etdi. Krevi, Hudzon River Parkın dostları cəmiyyətinin ən erkən üzvlərindən biri və 2010-cu ilə qədər Dostların direktorlar şurasının üzvü idi.[1][2]