Pistacia variifolia

Əsl püstə (lat. Pistacia vera) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin sumaqkimilər fəsiləsinin püstə cinsinə aid bitki növü.

Əsl püstə
Elmi təsnifat
Beynəlxalq elmi adı

Püstə mart-apreldə yarpaqlar açıldığı vaxt çiçəkləyir. Çiçəklər topa halında enli süpürgə-salxımlara yığılmışdır. Erkək çiçəklər dişi çiçəklərdən 2–3 gün tez açılır. Çiçəkləmə 20–25 gün davam edir. Püstənin meyvəsi iyul-avqustda yetişir. 7–8 yaşından meyvə verir, 100 il ömür sürür. Meyvəsi qozvari, birtoxumlu çəyirdəkdir, sarımtıl-ağ rəngdədir. Kütləsi 0,9–2,5 q-dır. Meyvələr yetişdikdə çiçək yanlığı bürüşür, quruyur, partlayır və meyvədən asanlıqla ayrılır. Ləpəsi açıq yaşıl, yaşıl rəngli, yanları bənövşəyi olur. Dadı xoşagələn şirin və yağlıdır. Püstə ləpəsinin tərkibində 68% yağ, 18–22% zülali maddə, 9,5–17%-ə qədər karbohidrat, 4,6% sellüloza, 3,1% kül vardır. Dadlı, lətif, yağlı və faydalı olduğundan çox qiymətlidir.

Püstənin meyvəsindən təzə, qovrulmuş və duzlanmış halda istifadə edirlər. Ləpəsi qənnadı məmulatı (tort, pirojna, şokolad, Şərq şirniyyatı) istehsalında işlədilir, eləcə də bəzi kolbasa məhsullarına və pendirə qatılır. Püstənin yağı qurumayan yağ qrupuna aiddir, əczaçılıqda, ətriyyatda və lakların hazırlanmasında geniş istifadə olunur. Püstənin yarpaqlarında, meyvələrində, qabığında və oduncağında 10–12%-ə qədər aşılayıcı maddə vardır. Müxtəlif növ mənənələr yarpaqlarda fır şişləri (buzqunç) əmələ gətirir ki, bunun tərkibində 30–50% tanin olur. Bu, toxuculuq və yüngül sənayedə aşılayıcı və boyaq maddəsi almaq üçün qiymətli xammaldır.

Püstənin ağacından iyul-avqust aylarında çəkilən qətrandan yüksək keyfiyyətli lak hazırlanır.

Müasir xalq təbabətində püstə qanazlığında, arıqlamada, vərəm xəstəliyində, qaraciyər ağrılarında tətbiq edilir.

Təbii yayılması

[redaktə | mənbəni redaktə et]

Kaliforniya, İtaliya, Fransa, İspaniya, Şimali Afrika, Suriya, İran və s ölkələrdə təbii halda bitir.

Botaniki təsviri

[redaktə | mənbəni redaktə et]

Hündürlüyü 5–10 m-ə çatan ağacdır. Bir qədər alçaq gövdəli, enli və sıx qollu-budaqlı çətirlidir. Budaqların qabığı açıq-boz, zoğları qırmızımtıl-qonur rəngdə olub, hamardır. Yarpaqları 5–14 sm uzunluqda,4–10 sm enində tək lələkvaridir.3–15 yarpaqcıqdan ibarət, sıx dərivari, yumurtavari və ya enli neştər formalı olub, üstdən tünd yaşıl, çılpaq, parıldayan, altdan isə açıq-yaşıl, tutqun, çılpaq və ya tüklüdür. Erkəkciyi 5–6, dişicikləri 2–4 mm uzunluqda,3–5-i bir yerdə bərabər olmayan saplaqlarda uzunnsov süpürgələrə toplanmışdır. Meyvəsi çəyirdək,1–1,5 sm uzunluqda, ensiz və ya enli yumurtavari formada olur. Meyvəsi avqust ayında yetişir. Meyvələri tam yetişdikdə sərt qabığı azacıq ayrılır. Toxumu bir ədəd olub, qabığı şabalıdı qonurtəhərdir, ləçəkləri açıq-yaşılı rəngdə, yarpaqların açılmasına qədər çiçəkləyir. Çiçəklənməsi 20–25 gün davam edir.

Həqiqi püstə uzun ömür sürən, işıq və istisevən, quraqlığadavamlı ağacdır. Torpağın çox dərin qatlarına gedən şaquli kök sistemi əmələ gətirir. Torpağa az tələbkardır, bir qədər gilli, daşlı yüngül torpaqlarda yaxşı bitir.

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

700–800 ilə qədər yaşaya bilir. Abşeronda(Novxanı, Maştağa, Nardaran, Mərdəkan, Keşlə, Əmircan və s yayılmışdır. Şamaxıda, Şabranda, Kür-Araz düzənliyində, Naxçıvanda mədəni halda rast gəlinir.

Meyvələrindən qənnadı sənayesində, yarpaqlarında tanin olduğundan(15%)aşılama və boyama işlərində istifadə olunur. Qabığı ilə quşlar və mal-qara yemlənir. Püstədə 50–65 % yağ vardır. Bəzən ondan qəhvə siropu düzəldilir. Kömüründən barıt hazırlanması və s. məqsədlər üçün istifadə olunur.

Heterotipik sinonimləri

[redaktə | mənbəni redaktə et]
  • Lentiscus vera Kuntze
  • Pistacia badghysi K.P.Popov
  • Pistacia macrophylla Pers.
  • Pistacia narbonnensis L.
  • Pistacia narbonnensis var. bauhini Ten.
  • Pistacia nemausensis Req. ex Planch.
  • Pistacia nigricans Crantz
  • Pistacia officinarum Aiton
  • Pistacia reticulata Willd.
  • Pistacia trifolia L.
  • Pistacia variifolia Salisb.
  • Pistacia vera f. semidehiscens K.P.Popov
  • Pistacia vera var. trifolia (L.) Poir.
  • Terebinthus pistacia Dum.Cours.
  1. Linnæi C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 2. S. 1025.