Pisunda burnu

Pisunda burnu (abx. Пиҵунда, gürc. ბიჭვინთა) — Gürcüstanın Qara dəniz sahillərində, Bzıb çayının mənsəbində yerləşən burun. Çayın gətirdiyi çöküntülərdən meydana gəlmişdir. Bir hissəsi bataqlıqlaşmışdır. Dənizdən 1,5—3 metr hündürlükdə yerləşir. Şərqdən Pisund buxtası ilə əhatələnir.

Pisunda burnu
Yerləşməsi
43°08′46″ şm. e. 40°20′40″ ş. u.HGYO
Akvatoriya Qara dəniz
Ölkə  Gürcüstan
Pisunda burnu xəritədə
Pisunda burnu
Pisunda burnu

Ərazisində Pisunda şamı, palıd, göyrüş, cökə, şümşad, naringi.

Burada qumdan təşkil olunmuş dyun və təpələr vardır. Burunda yerləşən İnkit gölü əvvəllər dənizlə birləşirdi.

Ərazisinin bir hissəsi Pisunda Milli qoruğuna daxildir.

Sahilində Pisunda şəhəri yerləşir.