Piter Siyyarto (30 oktyabr 1978, Komarom[d], Komarom-Esterqom, mac. Szijjártó Péter)— Macar siyasətçi, 2014-cü ilin 23 sentyabr tarixindən etibarən Macarıstanın xarici işlər naziri[1]
Piter Siyyarto | |
---|---|
mac. Szijjártó Péter | |
Macarıstanın xarici işlər naziri | |
23 sentyabr 2014 – vəzifədədir | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 30 oktyabr 1978 (45 yaş) |
Doğum yeri |
|
Təhsili |
|
Fəaliyyəti | siyasətçi, diplomat |
Vikianbarda əlaqəli mediafayllar |
Piter Siyyarto 30 oktyabr 1978-ci ildə Macarıstanın Esterqom əyalətinin Komarom şəhərində anadan olmuşdur. 1997-ci ildə Susor Derdeli Benedektin adına orta məktəbi bitirərək Budapeşt Korvinus Univeristetinə daxil olmuşdur. Burada beynəlxalq münasibətlər və idman menecmenti ixtisası üzrə təhsil almışdır.
Piter Siyyarto siyasi karyerasına 1998-ci ildə Dyör şəhəri bələdiyyə məclisinə seçilərək başlamışdır. O məclisin ən gənc üzvü idi. Siyyarto həmçinin FİDES-in Dyördəki gənclər təşkilatının yaradıcısı və ilk rəhbərlərindən biri olmuşdur. 2001-ci ildə Siyyarto FİDES partiyasının sədr müavini seçildi və FİDES Milli Şurasına üzv oldu. Bundan başqa o, 2002–2006-cı illər ərzində Macarıstan Milli Məclisinin üzvü olmuşdur. Gənc siyasətçi 2004-cü ildə Gənclik və İdman Nazirinin müavini vəzifəsinə təyin edildi. 2006-cı ilə qədər bu vəzifədə xidmət edən Siyyarto 2005-ci ildə FİDES-in Dyör şəhər təşkilatının ən gənc rəhbəri seçildi. 2012-ci ilin iyul ayının 4-də Siyyarto Viktor Orban tərəfindən iqtisadi komitənin rəhbəri vəzifəsinə gətirildi. 2014-cü ildən isə Macarıstanın xarici işlər naziri vəzifəsində çalışmaqdadır[2].