Budapeşt Korvinus Universiteti (ing. Corvinus University of Budapest, mac. Budapesti Corvinus Egyetem) və ya qısaca Korvinus Universiteti Macarıstanın ən prestijli universitetlərindən biridir, xüsusən maliyyə, iqtisadiyyat və idarəetmə sahəsində yüksək səviyyəli təhsil verir.[3] 14 mindən çox tələbəsi olan universitet, kənd təsərrüfatı elmləri, biznes idarəetməsi, iqtisadiyyat və sosial elmlər sahələrəində təhsil proqramları təklif eir. Bu sahələrdə universitet, Macarıstanda aparıcı yerləri tutur. Korvinus Universitetinin altı fakültəsi var, bakalavr, magistratura və doktorantura pillələri üzrə macar, ingilis, fransız və alman dillərində təhsil verilir.
Budapeşt Korvinus Universiteti | |
---|---|
Budapesti Corvinus Egyetem[1] | |
47°29′10″ şm. e. 19°03′29″ ş. u.HGYO | |
Əsası qoyulub | 1920 |
Tip | Dövlət |
Rektor | Prof. Zsolt Rostoványi |
Tələbə sayı | təxminən 14500 |
Şəhər | Budapeşt |
Ölkə | |
Ünvan | 1093 Budapest, Fővám tér 8. |
Sayt |
uni-corvinus.hu uni-corvinus.hu/?lang=en |
Vikianbarda əlaqəli mediafayllar |
Universitet 1953-1990-cı illərdə Karl Marks adına İqtisad Elmləri Universiteti, 1990-cı ildən Budapeşt İqtisad Elmləri və Dövlət İdarəçiliyi Universiteti adlanmış, 2004-cü ildə "Qarğa" ləqəbi ilə tanınan macar kralı I Matyaşın şərəfinə Korvinus Universiteti adlandırılmışdır ("corvinus" latın dilində "qarğa" sözünün tərcüməsidir).
Korvinus Universitetinin altı fakültəsi var. Bu fakültələr iki hissəyə bölünürlər: biznes və kənd təsərrüfatı. Biznes tərkibli ixtisaslar (Közgáz Campus):
Bağçılıq ixtisasları (Budai Campus):
Budai kampusunda olan bu fakültələr gələn ildən Sent İştvan Universitetinə (Szent Istvan University) veriləcək.[5]
Bakalavr proqramı əsasən üç illik (altı semestr) olur. Bəzi hallada proqramlar yeddi semestr də ola bilər, bu halda bir semestrlik mütləq praktika təcrübəsi də daxildir. Orta təhsili tam aldıqdan sonra bu pillə üzrə təhsil almaq mümkündür. Bakalavr pilləsini bitirdkdən sonra tələbələr təhsillərini magistraturada davam edə bilərlər.
Korvinus Universiteti iki illik magistr proqramlarını təklif edir. Onlar arasında Avropa Birliyinin digər universitetləri ilə əməkdaşlıq çərçivəsində təklif olunan iki pilləli proqramlar da var. Bu pillədə təhsil almaq üçün, bakalavr pilləsini müvafiq sahədə bitirmək lazımdır.
Bu proqramlar üç illik olur və tədqiqat işləri və PhD dərəcəsini qazanmaq istəyən və maraqlanan tələbələr üçün nəzərdə tutulub.
Hər il universitetin təhsil sistemi və digər sahələri müxtəlif universitet reytinqləri tərəfindən qiymətləndirilir. İldən-ilə Korvinus Universiteti həm ölkədaxili, həm də beynəlxalq reytinqlərdə ən yaxşılar sırasındadır. Financial Times, universiteti menecment reytinqi üzrə magistr pilləsində top 50 universitetə daxil edir. Həmçinin, universitet kənd təsərrüfatı sahəsində ən yaxşılar arasında ilk macar universitetidir. Ölkənin bir çox keçmiş maliyyə nazirləri, Macarıstanın Milli Bankının rəhbərləri və baş nazirləri məhz Korvinus Universitetində təhsil alıblar.[8] Korvinus Universiteti, QS World University Ranking tərəfindən 2013-cü ildən bəri qiymətləndirilir. Altı göstəriciyə görə bu reytinq mənbəsi universiteti qiymətləndirir : akademik reputasiya (40%), işçi reputasiyası (10%), fakültet tələbə nisbəti (20%), fakültet haqqında statlar (20%), beynəlxalq tələbələr (5%) və beynəlxalq fakültə (5%). Bu göstəricilərə görə 2012/2013 illərində universitet 20.7 xalla 551-600 yerlərdə qərarlaşmışdı.[9]
Universitetin Magistr pilləsindəki Biznes İdarəetməsi (MBA) proqramı və eyni adlı fakültəsi, 2005-ci ildən bəri Financial Times tərəfindən reytinqə salınır. Hər il bu ixtisas və pillə, Avropanın ən yaxşı biznes məktəbləri arasında yer alır. Son üç ildə universitet bu sahə üzrə 79-cu yerdə yer alır.[10].
CEMS MIM Programme-ın yeganə macar üzvü olan Korvinus Universiteti bu mənbə üzrə də yüksək yerə sahibdir. Menecment üzrə universitet bu reytinqdə 2015-ci ildə 4-cü yerdə qərarlaşıb.[11]
QS MBA-nın son reytinqinə əsasən, Korvin MBA Mərkəzi (Korvin Menecment Məktəbinin köhnə adı) Avropada top 60 Avropa biznes məktəbləri arasında 27-ci yerdə qərarlaşıb.
2014/2015 tədris ilində best-masters.com-a görə, Korvin İcraedici MBA proqramı, Şərqi Avropa ölkələri arasında 3-cü yerdədir. Tam MBA proqramı isə bu bölgədə 4-cü yerdədir.
Eduniversal, universitetə 191 universitet arasında 72-ci yeri verir və 4 "ulduzlu" universitetlər (beynəlxalq səviyyədə biznes sahəsində tanınan top məktəb) sırasına daxil edir. Həmçinin, universiteti Şərqi Avropa regionunda ən yaxşı nəticə əldə edən universitetlər sırasında görür.
2009-cu ildə FindyourMBA.com, Korvinin Tam təhsilli MBA proqramını dünyada "ucalan ulduz" adı ilə 7-ci yerdə qərarlaşdırır.[12]
Eduniversal tərəfindən Ən yaxşı magistr proqramları 2014/15 [13]
Korvinus Universitetinin auitoriyalarında və kampuslarının digər yerlərində 1200 yaxın kompüter yerləşdirilib. Bu kompüterlərin bəziləri tədqiqat, administrativ və idarəedici məqsədlər üçün, digərləri isə xüsusi kompüter laboratoriyalarında ümumi və ya tematik araşdırmalar üçün istifadə edilir. Müvafiq cədvəl üzrə laboratoriyalar tələbələr üçün açıqdır.[14]
Universitetin əsas kampusu, şəhərin mərkəzinə yaxın yerləşir. Fakültələr, Budapeşt şəhərinin mərkəzində bir neçə fərqli yerdə olan bir çox binalarda fəaliyyət göstəririlər. Universitetin əsas binası Budapeştin Gömrük Binası adlandırılıb və neo-rennesans stilində inşa edilib. Bina, məşhur macar memarlarından olan Mikloş Ybl tərəfindən tikilib və UNESCO-nun Mirasları siyahısına daxil edilib. Binanın orijinal dizaynı 1870-ci ildə edilib, bina 1871-1874-cü illərdə tikilib. Dörd il ərzində 500 yaxın işçi binanın tikilişində iştirak edib. 1948-ci ildə bu bina, İqtisadiyyat Universitetinin əsas binası olur. 1950-ci ildə və 1989-1999-cı illərdə renovasiya olunur. Hal-hazırda biznes fakültələrinin (Biznes İdarəetməsi, İqtisadiyyat və Sosial Elmlər) tədrisi bu binada aparılır. Həmçinin, burada rektorun ofisi və universitetin digər xidmət ofisləri yerləşir.
Bu bina 2007-ci ildə hazır oldu və universitetin ən yeni binasıdır. Burada Sosial Elmlər fakültəsi, Xarici Dil təhsili və araşırması mərkəzi və Fiziki hazırlıq departamenti yerləşirlər. Bina, 40 million avroya tikilib və 50,000 m² sahəsi var. Buraya, həmçinin, ofis binası və digər təhsil sahələri də aiddir. Binada 450 nəfərlik olan universitetin mərkəzi kitabaxanası yerləşir. Burada 100,000 kitab və jurnal, iki kompüter otağı və universitetin onlayn axtarış sistemi və məlumat bazası tələbələrin ixtiyarındadır.
Bina, 1890-cı ildə tikilib və ilk vaxtlar Baş Gömrük Evinin ofis binası olub. Binanın xaricində heç bir renovasiya işləri aparılmamışdı və İkinci Dünya Müharibəsindən əvvəl yalnız bir neçə dəyişiklik edilmişdi. Bu binada universitetin IT mərkəzi və Amerikan Künclü Budapeşt adlı ofis yerləşir.
Qida elmləri fakültəsi, Bağçılıq fakültəsi və Landşaft Memarlığı fakültəsi Buda Kampusunda yerləşirlər. Buda Botanika bağı, kampusun dəyərli tikilisidir və bu bağ təkcə təhsil və tədris üçün deyil, həmçinin, həm tələbələr, həm də müəllimlər üçün istirahət yeridir.[15]
Bu Şura, universitetin digər qurumları arasında xüsusi bir qurumdur. Şuranın əsas məqsəd, tələbələrin maraqlarını təmsil etmək. Onun üzvləri hər il seçilir. Hər fakültənin onu təmsil edən Tələbə birliyi heyəti var. Bu birliklər, Universitetin Tələbə Birliyi tərəfindən idarə olunurlar (EHÖK) [16]
AIESEC, dünyanın ən böyük qeyri-kommersiya tələbə təşkilatıdır. Təşkilat 100-dən çox ölkədə, 1600 universitetdə fəaliyyət göstərir və 50000 yaxın üzvü var. Macarıstan bu şəbəkəyə 1972-ci ildə qoşuldu və indi ölkənin səkkiz şəhərində 12 ofisi var.[17]
ESN Corvinus, “Erasmus Working Group”-dan ayrı fəaliyyət göstərən qurumdur və 2007-ci ildə tələbə təşkilatı kimi əsası qoyuldu. Daha sonra Avropanın 361 universitetində təşkilatları olan ESN şəbəkəsinə qoşuldu.[18]. Hər il tələbə mübadiləsinin sayı artmaqdadır, hal-hazırda təxminən hər semestrə 30 tələbə mübadiləsi düşür. Korvinus Universiteti, Macarıstanda ən çox tələbə mübadiləsi etməklə birinci yerdədir. ESN-in 50 yaxın tələbə üzvü var. Boş zamanlarında onlar əcnəbi tələbələrə yardım edirlər.[19]
Korvnus Universitetinin Karyera İnkişafı Ofisi, əsası 1996-cı ildə qoyulan Mərkəzi-Şərqi Avropada bu sahədə ilk olan qurumdur. Ofisin məqsədi, istedadlı tələbələri, akademik və biznes dünyasını əlaqələndirmək və iş mədəniyyətini ərsəyə gətirmək. Bu halda ofis tələbələrə onlara uyğun və onların marağında olan iş yerlərinin tapılmasında kömək edir, onların karyeralarının qurulmasında yardımçı olur.[20]
Budapeşt Korvinus Universitetinin Mərkəzi Kitabxanası[21], universitet tələbələrinin təhsillərində, tədqiqatlarında onlara mükəmməl mənbələri və xidmətləri təmin edən akademik kitabxanadır. Kitabxana, müəllim heyəti və İqtisadiyyat, Biznes İdarəetməsi və Sosial Elmlər sahələrində bakalavr, magistr və doktor pillələrində təhsil alan 10000 tələbəyə xidmət göstərir. Bu, həmçinin ictimai kitabxanadır və qeydiyyatdan keçmiş 18000 üzvü var. Kitabxana hal-hazırkı yerinə 2007-ci ildə köçüb. Sahəsi 4700 m² təşkil edir və 650 təhsil yerinə malikdir. Burada dörd oxu zalı, iki kompüter otağı, qəzet oxu zalı və İqtisadiyyat Tarixi Araşdırma Kitabxanası var.
Kitabxananın araşdırma etmək üçün dörd deposu var, burada PhD dissertasiyaları, buraxılış bakalavr və magistr diplom işləri, Biznes İqtisadiyyatı İnstitutunun arxivi, Korvin Tədqiqat arxivi saxlanılır. Kitabxana, LIBER, EBSLG (Avropa Biznes Məktəbləri Kitabxanaları Qrupu) və COAR (Açıq Keçidli Depolar Konfederasiyası) üzvüdür.
2004-cü ildən kitabxana [22], Entz Ferençin (Entz Ferenc) adını danışır. "K" binasından yeni binaya keçid 2010-cu ilə təadüf edir. Bu binanın öz bağı da var və tam müstəqil binadır.
Arxivlərdə Korvinus Universitetinin bütün sənədli arxivi və Budai Kampusunun və bundan əvvəl olan universitetlərin tarixi sənədləri saxlanılır. Həmçinin, bu arxivdə müəllimlərin və universitet əməkdaşlarının nəşr edilən materiallarını da tapmaq olar.
Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |