Pitkern adaları dolları

Pitkern adaları dolları (ing. Pitcairn Islands dollar) — Britaniyanın xarici əraziləri hesab edilən Pitkern adaları, Henderson, Dyusi və Oeno adalarının pul vahididir. Valyuta yalnız kolleksiya sikkələri şəklində buraxılır.

Pitkern adaları dolları
Pitcairn Islands dollar
Dövriyyə ərazisi
Emitent ölkə  Pitkern adaları
Əvəzedici və paralel vahidlər
Kiçik sent (1100)
Dövriyyədə olan sikkə və əsginaslar
Sikkələr 5, 10, 20, 50 sent və 1, 2, 5, 10, 25, 50, 250 dollar
Əsginas Buraxılmır
Tarixi
Dövriyyəyə buraxılma 1988
Sikkə və əskinasların buraxılması və istehsalı
Mərkəzi bank Pitkern adaları Mərkəzi Bankı
  government.pn

1967-ci ildən əsas valyuta kimi müraciətində (sərf edilməsində) Yeni Zelandiya dolları istifadə olunur.

23 iyun 1988-ci ildən qanunla qəbul edilmişdir ki, əsginaslar, Yeni Zelandiyanın sikkələri və Pitkern adaalrı sikkələri adalarda ödənişin qanuni vasitəsidir. Şəxsi sikkələrin buraxılışı həmin ildən başlanmışdır. Əvvəlcə sikkələr 1 dollar və ondan yuxarı nominalla buraxılırdı, 2009-cu ildən isə həmçinin sentlərlə də sikkələr buraxılmağa başladı.

Mis-nikel ərintisindən hazırlanan metallardan 5, 10, 20, 50 sent nominallı sikkələr kəsilir. Bundan əlavə 1, 2, 5, 10, 25, 50, 250 nominallı dollarlar da buraxılır.[1][2].

  1. Cuhaj 1901-2000, 2011. səh. 1717-1718
  2. Cuhaj 2001-, 2011. səh. 553

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]