Pittak

Pittak (yunanca: Πιττακός , latınca: Pittacus; e. ə. 650-ci illər, Mitilinie. ə. 570-ci illər) — Yunanıstanın yeddi müdrikindən biri sayılır. Pittak E.ə. 650E.ə. 570 -ci illər arasına yaşamışdır.

Pittak
Pittak
Pittak
Pittak
Doğum tarixi e. ə. 650-ci illər
Doğum yeri
Vəfat tarixi e. ə. 570-ci illər
Fəaliyyəti filosof, siyasətçi, hərbi qulluqçu
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Lesbos adasının Mitilena şəhərində frakiyalı ailəsində anadan olmuşdur. Qardaşı Alkeylə birləşib Lesbos adası tiranı Melanxrı taxtdan salıb ada əhalisinin böyük hörmətini qazanmışdır. Sonralar Axilentida adlı kiçik bir ərazi üstə Afina ilə Mitilena arasında müharibə başlayanda müdrik Pittak daha bir igidlik göstərib onunla təkbətək döyüşdə çıxan Afina sərkərdəsi Frinonu torla əsir edib öldürmüşdü. Lakin Leartlı Diogenin yazdığına görə həmin ərazi üstə mübahisəni Periandr həll edib onu Afinalılara vermişdi.

Pittak Mitilenada on il hakimiyyətdə olub doğma şəhərində qanun qayda yaradaraq hamıyla ədalətlə rəftar etmişdir. On ildən sonra hakimiyyəti könüllü başkasına verib özünün kiçik torpaq sahəsinin gəliri ilə yaşamışdır. Onun müdrikliyi barədə eşidən Lidiya çarı Krezin onun üçün göndərdiyi puldan imtina edərək Pittak demişdir: 'nəyim varsa kifayətdir, hələ bəlkədə artıqdır.

Pittakın oğlu Tirreyi bir dəmirçi balta ilə vurub oldürmüşdü. Camaat canini tutub Pittakın sərəncamına göndərmiş, o isə dəmirçinin ürəkdən peşman olduğunu görüb azad etmişdi.

Məşhur yeddi müdriklərdən biri sayılan Pittak saysız miqdarda dərin kəlamlar söyləmiş, onların bəziləri antik təkzirələrdə və xüsusən Leartlı Diogenin əsərində dövrümüzə qədər gəlib çatmışdır.

  • Dünya Filosofları (Bakı 1995)