Neştəryarpaq bağayarpağı (lat. Plantago lanceolata) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin bağayarpağıkimilər fəsiləsinin bağayarpağı cinsinə aid bitki növü.
Neştəryarpaq bağayarpağı | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Cins: Növ: Neştəryarpaq bağayarpağı |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Hündürlüyü 20-60 sm, gövdəsi üzərində çiçək olub, çoxsaylı, əyilib qalxan və ya düz, 5-6 sayda və ya daha çox qırışlı, sıx tüklü və ya çılpaq olan çoxillik ot bitkisidir. Yarpaqları kökətrafı rozetdə yerləşmiş, uzanmış lansetvari olub, xətvari lansetə qədər (bəzən enli lansetvari) dəyişir, sivridir, qaidəsinə doğru daralmışdır. 3-7 ədəd damarlıdır. Sünbül qısa silindrik olub, uzunsov və ya yumurtaşəkillidir. Çiçəkaltlıqları yumurtaşəkilli, sivriləşmiş, çılpaq və ya seyrəktüklüdür,dəriyəoxşardır, orta xətti qəhvəyi rəngdədir.Tacın uzunluğu 2-3 mm-dir, çılpaqdır, ağımtıl və ya qəhvəyi rəngdədir, yumurtaşəkilli-lansetvari və ya bəzən təpə hissədə sivriləşmiş hissələrlədir. Qutucuğun uzunluğu 3-4 mm-dir, yumurtaşəkillidir, ikitoxumludur. Toxumlarının uzunluğu 2 mm-ə qədərdir, demək olar ki, qaramtıldır, qarın tərəfdən çökək olub, kənarları qatlanmışdır. May-avqust aylarında çiçəkləyir, iyun-oktyabr aylarında meyvə verir.
Azərbaycanın bütün rayonlarında. Ovalıqdan, subalp qurşağına qədər.
Otlu yamaclarda, əkin sahələrində alaq kimi, bağ və bostanlarda, kanal boyunca, yol boyunca rast gəlinir.
Yarpaq və toxumlarından xalq təbabətində dərman kimi istifadə olunur.