Plants vs. Zombies — 2009-cu ildə PopCap Games tərəfindən hazırlanmış və yayımlanan qüllə müdafiəsi və strategiya videooyunu. Başlanğıncda Windows və Mac OS X üçün yayımlanan oyun daha sonra konsollarda, əl oyun konsollarında və mobil cihazlarda da yayımlandı. Oyunçu zombi apokalipsisi arasında ev sahibi rolunu oynayır. Zombilər bir neçə paralel zolaq boyunca yaxınlaşdıqca, oyunçu zombilərə mərmilər atan və ya onlara zərərli təsir göstərən bitkilər yerləşdirərək evini müdafiə etməlidir. Oyunçu bitki satın almq və yerləşdirmək üçün günəş şəklindəki pulları toplayır. Zombi hər hansı bir zolaqda evə çatarsa, oyunçu oynadığı səviyyəni məğlub olur.
Plants vs. Zombies | |
---|---|
| |
Hazırlayan | PopCap Games |
Yayımlayan | PopCap Games |
Seriya | Plants vs. Zombies |
Buraxılış tarixi |
5 may 2009
|
Sonuncu versiya |
|
Sonuncu beta-versiya |
|
Janrlar | qüllə müdafiəsi, strategiya |
Dizaynerlər | Corc Fen |
Ssenaristlər | Stiven Notli |
Proqramçılar | Tod Sempl |
Rəssamlar | Riç Verner |
Bəstəkarlar | Laura Şiqihara |
Texniki məlumat | |
Platformalar | |
Mühərrik | bilinmir, Adobe Flash |
Oyun rejimləri | birnəfərli, çoxnəfərli |
İnterfeysin dili | ingilis dili[2] |
Daşıyıcı | rəqəmsal distribusiya, rəqəmsal yükləmə[d] |
İdarəetmə | kompüter siçanı, sensor ekran |
Rəsmi saytı Rəsmi saytı |
|
Vikianbarda əlaqəli mediafayllar |
Oyun onu 2001 çıxışlı balıq simulyasiyası olan Insaniquarium oyununun dizayneri Corc Fen tərəfindən dizayn edilmiş və onu balıq oyunu üçün daha müdafiə yönümlü konseptuallaşdırmış, sonra onu zombilərə qarşı mübarizə aparan bitkilərdən ibarət qala müdafiə oyununa çevirmişdir. Oyun Swiss Family Robinson filmi ilə yanaşı, Magic: The Gathering və Warcraft III oyunlarından ilham aldı. Oyunun hazırlanıb başa çatması 3 il yarım çəkdi. Riç Verner baş rəssam idi, Tod Sempl oyunu proqramlaşdırdı və Laura Şiqihara oyunun musiqisini bəstələdi. Həm təsadüfi, həm də sərt oyunçulara xitab məqsədilə oyun sadə şəkildə dizayn edildi.