Platelyay gölü

Platelyay gölü (lit. Platelių ežeras: Plateliu ežers) — Jemaytiya regionunun ən böyük, Litvanın isə ən böyük 9-cu gölü. Göl Jemaytiya Milli Parkında yerləşir. Sahədi 12 km², ən dərin yeri isə 47 metr təşkil edir. Göldə 7 ada yerləşir, bu adalarında birində qəsr tikildiyindən həmin ada Qəsr adası adı ilə tanınır. Arxeoloqlar burada iki qəsrin qalıqlarını tapmışdırlar və onların Bona Sforsa qəsrinə aid olduğunu güman edirlər.[1] Göldə dalğıclıq və yaxta klubları fəaliyyət göstərir. Gölün qərb sahilində Platelyay qəsəbəsi yerləşir.

Platelyay gölü
lit. Platelių ežeras
Ümumi məlumatlar
Mütləq hündürlüyü 146,5 m
Uzunluğu
  • 8,4 km
Sahil uzunluğu 37 km
Sahəsi 12 km²
Həcmi 0,125 km³
Dərin yeri 47 m
Yerləşməsi
56°02′50″ şm. e. 21°51′23″ ş. u.
Ölkə  Litva
Region
Yaşayış məntəqəsi Platelyay
Ada 7 (Qəsr adası)
Platelyay gölü xəritədə
Platelyay gölü
Platelyay gölü
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Platelyay gölü bir neçə tədbir ilə məşhurdur. Burada 2002-ci ildə Roko naktys (azərb. "Rok gecələri"‎) festivalı keçirilir. Lakin Platelyay qəsəbəsi 4000 qonağın ehtiyaclarını qarşılaya bilmədiyindən festivalın keçirildiyi yerin dəyişdiriləcəyi görünür.[2] 25 il boyunca göl marafon yarışları üçün istifadə olunmuşdur. 2006-cı ildə rekord sayda iştirakçı qeydə alınmışdır: 21 nəfər 3,5 kilometr məsafəni, 154 nəfər isə 1,8 km məsafəni üzmüşdür.[3]

Göl sualtı arxeologiyası üçün maraqlı nümunələrdən biridir. Alimlər düşünürlər ki, keçmişdə suyun səviyyəsi daha alçaq olub, su səviyyəsinin yüksəlməsi nəticəsində bir neçə ada su altında qalmışdır. Məsələn, 2002-ci ildə dalğıclar üzərində "L" hərfinə bənzər işarələr olan daş tapmışdırlar. Bu daş daha kiçik daşlarla əhatələnmişdir və belə nəzəriyyə ortaya çıxmışdır ki, bu, bütpərəstlər tərəfindən ibadət yeri kimi istifadə olunmuşdur.[4] 2002-ci ildə arxeoloqlar gölün dibində uzunluğu 5,5 metr olan, Böyük Vitovt dövrünə aid olduğu güman edilən 3 qayıq aşkarlamışdırlar.[5]

Göldən elə də uzaqda olmayan meşənin içində Soyuq müharibə muzeyi fəaliyyət göstərir.

  1.  (lit.) Archeologai ieškos nuskendusių salų, ELTA, July 2, 2005. Delfi.lt. Accessed 8 aprel 2016.
  2.  (lit.) "Roko naktys" šiemet Plateliuose vyks paskutinį kartą, Delfi.lt, July 31, 2006. Accessed 8 aprel 2016.
  3.  (lit.) Justė Radzevičiūtė, Platelių plaukimo didįjį maratoną laimėjo G.Sikorskytė ir V.Volodko. Delfi.lt, July 30, 2006. Accessed 8 aprel 2016.
  4.  (lit.) Asta Buitkutė, Platelių dugne - mįslingas akmuo. Lietuvos rytas, July 25, 2002. Delfi.lt. Accessed 8 aprel 2016.
  5.  (lit.) Iš Platelių ežero bus iškelta senovinė valtis-luotas, BNS, July 5, 2002. Delfi.lt. Accessed 8 aprel 2016.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]