Platforma (ing. The Platform) — 2019-cu ildə çəkilmiş İspaniya filmi.
Platforma | |
---|---|
isp. El hoyo | |
Janr | elmi-fantastika filmi, triller filmi, fantastika filmi, qorxu filmi |
Rejissor | Galder Gaztelu-Urrutia |
Əsərin müəllifi | Carlos Juárez |
Ssenari müəllifi |
David Desola Pedro Rivero |
Baş rolda |
Iván Massagué Antonia San Juan Zorion Eguileor Emilio Buale Alexandra Masangkay |
Distribütor | Netflix |
Kanal | Netflix |
İlk baxış tarixi | 2019, 6 sentyabr 2019 |
Müddət | 94 dəqiqə |
Ölkə | İspanya |
Dil | İspanca |
İl | 16.09.2019 |
Rəng | rəngli |
IMDb | ID8228288 |
Qorenq könüllü olaraq platformaya daxil olur, siqareti atıb həbsxanadan diplom almağı düşünür, lakin sistemin necə işlədiyini bilmir. Yuxudan duranda otaq yoldaşından sistemin nə olduğunu və necə işlədiyini öyrənir.
“Delik” adlanan həbsxanada yerləri hər 30 gündən bir təsadüfi dəyişdirilən məhbuslar 1-ci mərtəbədən 333-cü mərtəbəyə kimi iki nəfərlik otaqlarda saxlanılır. Bundan əlavə, məhbuslara əşya seçmək hüququ verilir. Qorenq Servantesin Don Kixotu seçdi.
Həbsxanaya girməzdən əvvəl hər kəsdən sevimli yeməkləri və özləri ilə gətirmək istədikləri şeylər barədə soruşurlar. İnsanların sevimli yeməkləri platformanın menyusuna əlavə edilir və insanlar özləri ilə istədikləri əşyanı götürərək həbsxanaya daxil olurlar. Otaqların ortasında boşluq var və gündə bir dəfə bu boşluqdan yemək enir. Üst mərtəbədə olanlar istədiklərini yeyə bilsələr də, siz aşağı düşdükcə yemək qalıqları aşağı mərtəbələrə endirilir. Hər kəs özü üçün kifayət qədər yeyirsə, platformadan kifayət qədər yemək verilir, amma hər kəs özünə lazım olduğundan daha çox yediyi üçün aşağı mərtəbədəki insanlara yemək yoxdur. 30 gündən sonra köçürülən məhbuslar əvvəlki mərtəbədən daha çox yeməyə həvəslənirdilər[1]