Play Date (mahnı)

"Play Date" — amerikalı müğənni-bəstəkar Melani Martinesin Cry Baby (2015) adlı debüt albomunun delüks buraxılışında yer alan mahnı. 2020-ci ilin aprel ayında TikTok tətbiqində populyarlıq əldə etdi.[1] 1 may 2020-ci ildə mahnı Amerika Birləşmiş Ştatlarında 500.000-dən çox satışa görə Amerika Səsyazma Sənayesi Birliyi (RIAA) tərəfindən Qızıl sertifikat aldı. Daha sonra 9 dekabr 2020-ci ildə Platinum sertifikatına layiq görüldü.

Mahnı
Play Date
İfaçı Melani Martines
Albom Cry Baby
Yayımlanıb 14 avqust 2015
Janr pop musiqisi[2]
Dil ingilis dili
Müddət 2:59
Prodüser Maykl Kinan
Cennifer Desilveo

Arxa plan[redaktə | mənbəni redaktə et]

"Play Date" Nyu-Yorkda qeydə alınıb və Martinesin sözlərinə görə, "çox tez" yazılmışdır.[3]

2015-ci ildə buraxılmasına baxmayaraq, mahnı 2020-ci ilin aprel ayında TikTok tətbiqində geniş istifadə olunduğu üçün hit oldu və populyarlıq qazandı.[4] Mayın 8-də mahnı Spotify-da 80 milyondan çox oxuma və YouTube-da 40 milyon baxış qazandı.[3] Mahnı bir çox görkəmli Spotify pleylistilərində, məsələn, Today's Top Hits, Pop Rising və Teen Beats-də səslənmişdir. Martines həm Pop Rising, həm də Teen Beats-ın üz qabığında yer alıb.[5][6][7]

28 aprel 2020-ci ildə Martines Instagram-da mahnının uğurunu "indiyə qədərki ən yaxşı ad günü hədiyyəsi" kimi qeyd etdi.[8] Mahnının sinql olaraq buraxılıb-çıxmayacağını soruşduqda, Martine əmin olmadığını söylədi "çünki bu mahnı artıq Cry Baby albomunda çox yaşayır".[3]

Musiqi videosu[redaktə | mənbəni redaktə et]

Martines 8 may 2020-ci ildə evindən "Play Date" mahnısına klip çəkdirməyi planlaşdırdığını açıqladı.[3] 

Mahnının lirik videosu 26 may 2020-ci ildə buraxıldı və ilk 24 saat ərzində 1,3 milyon baxışla debüt etdi.

Martines "Play Date" mahnısına video çəkmə planlarını ləğv etdi, buna səbəb "The Bakery" sinqlının videosu üzərində işləməsi idi.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Tiktometer - Top TikTok Songs for April 2020". tiktometer.com. 2020-06-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-11.
  2. Wass M. Interview: Melanie Martinez Talks “Play Date” & Quarantine. // Idolator 2020.
  3. 1 2 3 4 Wass, Mike. "Interview: Melanie Martinez Talks "Play Date" & Quarantine". Idolator. May 8, 2020. June 22, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 13, 2020.
  4. Schroeder, Audra. "Melanie Martinez's 'Play Date' soundtracks TikTok's Timmy trend". Daily Dot. May 12, 2020. September 21, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 13, 2020.
  5. "Today's Top Hits". Spotify. İstifadə tarixi: May 14, 2020.
  6. "Pop Rising". Spotify. İstifadə tarixi: May 14, 2020.
  7. "Teen Beats". Spotify. İstifadə tarixi: May 14, 2020.
  8. Martinez, Melanie. "Melanie Martinez on Instagram: '💕My song Play Date from my first album has taken on a life of [[[sic]]] own and it's the best birthday present ever💕 #streamplaydate 🌟link in bio🌟'". Instagram. April 28, 2020. December 25, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 30, 2020.