Pobiti daşları

«Pobiti daşları» (bolq. Побити камъни, «Побитые камни», «Daş meşə», «Diliktaş» — türk. dikili taş) — Bolqarıstan ərazisində qayalı-daşlı ərazi. Ərazi Varna şəhərindən 18 km kənarda, Varna-Sofiya yolu yaxınlığında yerləşir. Pobiti daşları Devnya şəhəri, eləcə də Slınçevo, Banovo və Straşimirovo kəndləri arasında yerləşir. Böyük və kiçik qruplar halında toplaşan bu daşlıq ərazinin sahəsiс 13 km²-dir.

Pobiti daşları
bolq. Побити камъни
BTMB kateqoriyası — VI (Davamlı təbiətdən istifadə sahəsi)
Sahəsi
  • 253,3 ha
Yaradılma tarixi 17 iyul 1995
Yerləşməsi
43°13′35″ şm. e. 27°42′24″ ş. u.
Ölkə  Bolqarıstan
Pobiti daşları xəritədə
Pobiti daşları
Pobiti daşları
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]

Ərazi hündürlüyü 5-7 metr, yoğunluğu 0,3-3 metr olan daş sütunlardan ibarətdir. Sütunların təməli çox da möhkəm deyil. Daş sütunların meydana gəlməsi haqqında bir neçə hipotez mövcuddur. Onlar əsasən iki qrupda birləşir: orqanik və qeyri orqanik mənşəli hipotezlər. Orqanik hipotezə görə sütunlar mərcanların və yosunların toplanması nəticəsində yaranmışdır. İkinci hipotez görə sütunlar dağ süxurlarının aşınması nəticəsində bu formaya düşmüşdür. Məhs bu yolla Şimali İrlandiyada olan Nəhənglər keçidi yaranmışdır. Onlar əsasən qumdaşı-əhəng daşı konkresiyalarında təşkil olunub. XIX əsrin əvvələrinə kimi isə bu daşlar qədim yunan şəhərinin qalıqları hesab olunurdu.

Geoloji abidəni qorumaq məqsədi ilə 1937-ci ərazidə qoruq yaradılmışdır. Qorunan ərazinin sahəsi 253 hektardır. Ərazi Bolqarıstanın yeganə səhra tipli ərazisidir. Pobiti daşları zonasında qum dyunlərinə rast gəlinir. Qoruq Şərqi Avropada olan yeganə təbi səhradır. O həm də Avropada olan iki səhrdan biridir (digəri İspaniyada olan Tebernas səhrasıdır).[1] Səhra tipli bölgənin əsas bitkiləri: kaktus, floksakasiyadır.[2]

Araşdırmalara əsasən daşlar 50 milyon il əvvəl formalaşmışdır. Alt eosendə (48-53 milyon il) daşlaşmış süxurların sonradan eol prosesləri nəticəsində müxtəlif formalara düşmüşdür.[2]

  • Dimitrov, Lyubomir. "Pobiti Kamani" (bolqar). Varna-bg.com. 2007-05-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2006-08-02.
  • de Boever E., Birgel D., Thiel V., Muchez P., Peckmann J., Dimitrov L., Swennen R. 2009. The formation of giant tubular concretions triggered by anaerobic oxidation of methane as revealed by archaeal molecular fossils (Lower Eocene, Varna, Bulgaria. Palaeogeography, Palaeoclimatology, Palaeoecology 280, 23-36.
  1. 9 любопитни факта за Варна, които не знаеш Иванова. Яна. 2019-08-15. 10Brutes Arxivləşdirilib 2021-09-23 at the Wayback Machine.
  2. 1 2 "Побитите камъни". 2020-02-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-05-05.