Pocket Mortys (azərb. Cib Mortiləri) və ya Rick and Morty: Pocket Mortys (azərb. Rik və Morti: Cib Mortiləri) — Big Pixel Studios tərəfindən hazırlanan və Adult Swim games tərəfindən nəşr olunan Rik və Morti mövzulu rol videooyunu. Pulsuz olan videooyunu, 13 yanvar 2016 tarixində İOS və Android sistemləri üçün buraxılmışdır. Oyun Rik və Mortinin "Rikstakainatı"nda keçir. Oyunun mexanikası Pokemon seriyasına bir parodiya olaraq yaradılmışdır. 5 iyul 2017 tarixində oyuna çoxnəfərli rejim əlavə edilmişdir.[1]
Pocket Mortys | |
---|---|
| |
Hazırlayan | Big Pixel Studios |
Yayımlayan | Adult Swim Games |
Buraxılış tarixi | 13 yanvar 2016 |
Sonuncu versiya | 2.2.9 |
Janrlar | Rol videooyunu |
Yaş reytinqləri | ESRB — |
Dizaynerlər | Conathan Kisholm |
Ssenaristlər | Brandom Krayemer |
Rəssamlar | Ceyms Harkins |
Texniki məlumat | |
Platformalar | |
Oyun rejimləri |
Birnəfərli oyun Çoxnəfərli oyun |
Daşıyıcı | rəqəmsal yükləmə[d] |
İdarəetmə | Sensor ekran |
Rəsmi saytı |
Oyunda oyunçu Riki idarə edir. Oyun, sirli bir Rikin portal vasitasilə Rikin qarajına daxil olmasıyla və onu Morti döyüşünə çağırmasıyla başlayır. Onu məğlub etdikdən sonra, oyunçu portaldan keçir. Portal oyunçunu Rik Şurasına aparır. Burada Rikin portal silahını alırlar. Onu geri almaq üçün, oyunçu altı əsas Riki məğlub etməlidir. Onlarla döyüşmək üçün, oyunçu ilk olaraq digər kainatlardakı Riklərlə döyüşməli və onların nişanlarını almalıdır. Onları da məğlub etdikdən sonra, şuranın son üzvünün sirli Rik ilə dəyişdirildiyi məlum olur. Sirli Riki bir daha məğlub etdikdən sonra, oyunçunun son hədəfi Mortinin hər bir növünündən ən azından bir Morti tutmaqdır.[2]
Pocket Mortys I mövsümün 10-cu seriyası olan "Rik növündən yaxın Rik-kontaktlar"da göstərildiyi kimi çoxlu vaxt qrafiki konseptinə əsaslanır.[3] Oyun, Pokemon oyunlarına bənzər bir üslübdan və konseptdən istifadə edir. Oyunda cürbəcür Mortilər tutur, onları müxtəlif yad planetli 'Məşqçilərlə' döyüşdürürsüz.[4] Oyunun səs aktyorlarından biri Rik və Morti serialının iki yaradıcısından biri olan Den Harmondur.[5]
Pocket Mortys üçüncü-şəxs görünüşlü, baş-üstü perspektivlidir və üç əsas ekrandan ibarətdir – oyunçunun baş personajı idarə etdiyi dünya, oyunçunun öz Mortilərini, əşyalarını və ya geympley qurğularını konfiqurasiya etdikləri yan-görünüşlü döyüş ekranı və menyu.[6]
Oyunçu öz Mortilərindən digər Mortilərlə döyüşmək üçün istifadə edə bilər. Ola bilsin ki, oyundakı ən güclü Morti, "Yeganə Həqiqi Morti"dir. Vəhşi Mortilər dünyada aydın şəkildə görünürlər və "Morti Manipulasiya Çipi" ilə tutula bilirlər. Məşqçi döyüşləri də aydın şəkildə görünürlər. Oyunçu bir Morti və ya məşqçi ilə rastlaşanda, ekran növbə-əsaslı döyüş erkanına dəyişir. Döyüş zamanı, oyunçu öz Mortilərinin istifadə edəcəyi mavevri seçə, əşyadan istifadə edə, öz aktiv Mortilərinə dəyişdirə və ya qaçmağa çalışa (Yalnız vəhşi Mortilərə qarşı) bilərlər. Mortilərin zərbə xalları (ZX, və ya ing. hit point, HP) var. Bir Mortinin ZX-ı sıfıra qədər azalsa, həmin Morti sarsılır və sağalana qədər döyüşlərdə iştirak edə bilmir. Düşmən Morti zəifləyən zaman, oyunçunun döyüşdə iştirak edən Mortisi təcrübə xalları (TX, ing. experience points, EXP) qazanır. Kifayət qədər TX qazandıqdan sonra Mortinin səviyyəsi artır. Mortinin səviyyəsi onun fiziki keyfiyyətini, idarə edir. Oyunçu eyni cinsdən olan iki Mortini, onları inkişaf etdirmək üçün birləşdirə bilər. Bu inkişaflar statistikalara və öyrənilən hərəkətlərə təsir edir. Mortiləri tutmaq oyunun əsas elementlərindən biridir. Döyüş zamanı oyunçu vəhşi bir Mortiyə Manupilasiya Çipi ata bilər. Əgər Morti uğurla tutuldusa, oyunçu ona sahib olur.[4][7][8]
9 may 2017 tarixində Pocket Mortys-in rəsmi twitter hesabında, Android əməliyyat sistemində imza atan ilk 5,000 adamla, çoxnəfərli oyun rejimi üçün beta-testini yaradacaqları açılanmışdır.[9] 5 iyul 2017 tarixində oyunun 2.0 versiyasında həm İOS, həm də Android qurğuları üçün çoxnəfərli rejim açılmışdır.[1]
Çoxnəfərli rejimdə, oyunçular istifadəçi adı yaradır, öz məşqçi avatarlarını seçir və tək-nəfərli rejimdən fərqli olaraq üç fərqli Morti seçməklə başlayırlar.
Guess what question I never have to hear again? "When is Pocket Mortys multiplayer coming out?!" July 5th. Now ru…
Hi. We’re running a limited beta (first 5000 signups) of Pocket Mortys Multiplayer on Android. Opt-in here: