Mortaymer "Morti" Smit (ing. Mortimer "Morty" Smith) — Rik və Morti serialının iki baş qəhrəmanlarından biri. Morti Rik Sançezin nəvəsidir və Rik tez-tez onu öz macəralarına qoşulmağa məcbur edir. Morti bacısı Sammer ilə birlikdə Herri Herpson Orta Məktəbində təhsil alır.[3]
Morti Smit | |
---|---|
Morty Smith | |
Rik və Morti personajı | |
İlk görünmə | "Pilot" |
Səsləndirən | Castin Roylend |
Yaşı | 14[1] |
Gəldiyi yer | Dünya (C-137 nömrəli Kainat) |
Məlumat | |
Tam adı | Mortaymer "Morti" Smit |
Ləqəb(lər)i | Morti |
Cinsi | Kişi |
Peşə | Herri Herpson Orta Məktəbində şagird |
Ailə |
Cerri Smit (atası) Bet Smit (anası) Sammer Smit (bacısı) Rik Sançez (babası) Sançez xanım (nənəsi) Leonard Smit (babası) Coysi Smit (nənəsi) Adsız dayı (böyük dayısı) Qvendolin (uşaq anası) |
Dini | Aqnostik[2] |
Milliyyəti | Amerikalı |
Məlumatın asanlıqla tapıla bilməsinə baxmayaraq, Mortinin keçmiş həyatı haqqında çox şey deyilməmişdir. Mortinin hal-hazırda 14 yaşı var. Rik Sançez cəmi 14 il əsrarəngiz bir şəkildə itkin düşmüşdü. Rikin itkin düşməsinin Morti ilə əlaqəsi olması məlum deyil, ancaq Rik Mortinin uşaqlıq vaxtlarını xatırladığı bir neçə dəfə demişdir. Serialın "Rik növündən yaxın Rik-kontaktlar" adlı seriyasında, Rikin xoşbəxt xatirələrindən biri hələ uşaq olan Mortini qucağına götürməsi idi.[4] Serialın "Şvifti olmaq" adlı seriyasında, Quşadamın (ing. Birdperson) divarında Rikin bir körpəni tutması təsvir edilmişdir. Uşağın kim olduğu şüphəli olsa da, böyük ehtimalla Mortidir.[5]
Serialın "Qazorpazorp böyütmək" adlı seriyasında, Bet istəmədən Cerrinin Mortini öz inamsızlığı ilə doldurduğunu etiraf etmişdir.[6]
Morti gənc bir yeniyetmə oğlandır. Onun qısa qəhvəyi bir saçı var. Serialdakı çox personajdan fərqli olaraq, Mortinin baş dairəvi formadadır. Morti sarı bir köynək, göy şalvar və ağ ayaqqabı geyinir. Morti danışanda kəkələyir və yeniyetmə olduğuna görə səsi daim qırılır.
Morti bir qədər asanlıqla manipulyasiya edilə bilən cavan, mehriban və həssas bir oğlandır. Morti, çətinliyə düşmüş olaraq təsvir edilmişdir. Morti, məktəbdə çətinlik çəkir. O həmçinin kəkələyir. Zəkasının zəif olmasına baxmayaraq, Morti yaxşı bir dinləyicidir və istiqamətləri yaxşı izləyir. Bu xüsusiyyətlər onu Rik üçün mükəmməl bir köməkçi edir.[3] Mortinin riyaziyyat sinifində tələbə olan Cessikadan xoşu gəlir. Morti bəzən cəsarətsiz davranır, ancaq Morti bədbəxtlikdə cəsurluq və dərrakəlik göstərir. Morti öz yaşına görə olduqca məsuliyyətlidir.
Rik, Bet və Cerrinin Mortinin ağılsız olduğu haqda fikirlərini bildirmələrinə baxmayaraq, bunun əksi haqda sübutlar var. Qrup Anatomiya parkında Qonorrea tərəfindən hücuma məruz qalan zaman, xəstəliyi məğlub etmək üçün bədənindəki qaz binasından istismar etmək fikrinə gəlir.[7] Morti mürəkkəb konseptləri tuta bilir. Məsələn, Rik sonsuz sayda gerçəkliyin multikainatı olmasını ona başa salanda Morti mövzunu asanlıqla başa düşmüşdür. Bunun başqa bir nümunəsi, serialın "Riklər dəli olmalıdır" adlı seriyasında, Rikin multikainatlar haqda olan qeyri-səmimiliyini anlamışdı.[8] Onun gizli zəkası II mövsümdə də açıq-aydın görünür. Morti fikirləri oxuya bilən bir varlıq olan Fartın fikrini yayındıra bilmişdir. Bu, Mortiyə onu antimateriya silahı ilə öldürməsinə vaxt qazandırır. Serialın "Hər şeyi riktırlamaq" adlı seriyasında, yalnız yadplanetli parazitlərin müsbət xatirələr yarada biləcəyini, ilk Morti anlamışdı. Morti Yeniyetməkainatında olan zaman, Rikin perspektivindən iki-üç ay ərzində ağac xalqını tapmış, sivilizasiyalarına qəbul edilmiş, onların dilini və mədəniyyətini öyrənmiş və onları idarə edə biləcəyi rütbəyə qədər yüksəlmişdir.[9] Bunlara baxmayaraq, "Bu yolu burxan bir şey yaxınlaşır" adlı seriyada, Skrupi Nupers Smit ailəsinin zəkasını soruşanda, Cerri və özünü axmaqlar adlandıraraq, Morti zəkasının zəif olduğunu düşünür.[10] Yəqin ki, bu onun həssas təbiətindən əsaslanır. Çünki, Rik və valideynlər Mortiyə ağılsız olduğunu deyir və dərslərini yaxşı oxumur.
İtaətkar təbiətinə baxmayaraq, Mortinin Rikə qarşı çıxmağa cəsarəti və gücü var. Serialın "Misiks və məhv" adlı seriyasında, Morti Rik ilə onun utanmaz təbiəti haqda birbaşa danışır.[11] O, öz macərasına kəndlilərə kömək etmək məqsədiylə rəhbərlik etmişdir.
Morti öz əsəb problemlərini tez-tez yatırır, bu hadisələr "Bax, indi kim arınır" adlı seriyada çox diqqətəlayiqdir.[12] Bu əsəb problemləri Mortinin isterik və ölümsaçan olmasına səbəb olmuşdur.
Serialın "Mortinin zehni dəyişilmələri" adlı seriyasında, Morti Rikə beynindən silməsini istədiyi hər şeyi xatırladığında özünü öldürməyə çalışır.[13]
Mortinin istehsalı ilə əlaqədar çox məlumat yoxdur. Mortinin səsi və ümumi görünüşü Gələcəyə qayıdış filmlərinin bir parodiyası olan və Castin Roylend tərəfindən yaradılan "Dok və Martinin gerçək animasiya olunmuş macəraları"ndan gəlir. Morti Gələcəyə qayıdış filmlərinin baş qəhrəmanı Marti Mekflayın parodiyasıdır.[2][14]
Mortiyə görünüş və səs cəhətdən tamamilə identik olan və Marti adlanan başqa bir personaj, Castin Roylend tərəfindən yaradılmış olan "Paloni Addım Təqdimatı" adlı qısa filmdə görünür.[15] Bundan başqa, "Qeyri-əmtəəlik" adlı qısa filmdə olan və Endi Dik tərədindən səsləndirilən Balqabaq-toxumu və Yerfındıqları personajıdır.[2][16]
Morti, Rik və Morti fanları tərəfindən çox yaxşı qəbul edilmişdir. Onu təsvir edən yüzlərlə şəkil çəkilmiş,[17] suvenirlər, aksesuarlar yaradılmış, geyimlər hazırlanmışdır.[18]
Çoxu tənqidçi və fan onu özünə inamı olmayan, qorxaq, cəsarətsiz bir yeniyetmə olaraq görür. Tvtropes.org saytı, Morti haqda "Rikin köməkçisi rolunu oynayan nəvəsi. Ola bilsin ki, bir növ əlilliyi var. Morti sinifdə digər uşaqlarla ünsiyyət qurmaqda çətinlik çəkir, amma Rikin yanında cəsarətli olduğu görülmüşdür. O çox gizli dərinliklərə malikdir, Rikin ətrafında yaratdığı xaos və dəliliyə rəqabət göstərə bilən yeganə varlıq olduğunu sübut edir." yazmışdır.[19] Archiveofourown.org saytındakı perixinkle adlı bir istifadəçi Morti haqda "o, sadəcə özünə şübhəsi olan və suallarla dolu olan qırıq-qabıq bir gəncdir. Morti həmin suallara cavab vermək üçün cəsarətlənə bilmir." yazmışdır.[20] Urbandictionary.com saytında A Clock With a Sense of Humour adlı bir istifadəçi Mortini "Kəkələyən, narahat, babasının dediklərini yerinə yetirmək üçün sürüklənən bir şəxs." olaraq xarakterize etmişdir.[21] Başqa tənqidçilər onun qorxaq, kəkələyən bir personaj olmasına baxmayaraq, daha yaxşı xüsusiyyətlərə malik olduğunu demişdir.[19]
<ref>
teqi; Anatomiya parkı
adlı istinad üçün mətn göstərilməyib