Podıyi Milli Parkı (çex. Národní park Podyjí) — Çexiyanın Yihomoravsk diyarında yerləşən milli park. Çexiyanın 4 milli parkından biridir.[2] Milli park 1991-ci ildən fəaliyyətdədir. Sahəsinə görə olduqca kiçik milli parkdır və sahəsi cəmi 63 km2-dır.
Podıyi Milli Parkı | |
---|---|
çex. Národní park Podyjí | |
| |
BTMB kateqoriyası — II (Milli park) |
|
Sahəsi | 63 km2[1] |
Mütləq hündürlüyü | 207 m, 536 m |
Yaradılma tarixi | 1 iyul 1991 |
Yerləşməsi | |
48°51′ şm. e. 15°54′ ş. u. | |
Ölkə | Çexiya |
Vilayət | Yihomoravsk diyarı |
www.nppodyji.cz | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Podıyi Milli Parkı Çexiyanın ən kiçik milli parkıdır.[3] Sahəsi 63 km2 olsa da, ciddi qorunan sahə 29 km2-dır. Milli park Avstriya ilə sərhəddədir. Die çayı Avstriya ilə sərhədi müəyyən etməkdədir və milli park bu çayın bir sahilindədir. Burada uzunluğu 40 km olan Die kanyonu keçir. Ərazisinin 84 %-ni meşə örtməkdədir.[4] Ən yüksək nöqtəsi 576 metr, ən alçaq nöqtəsi 207 metrdir. Ərazisinin 9 %-dən aqrakultur kimi də istifadə olunur.
Die kanyonu kələ-kötürlü ərazi olub Çexiyanın Çex-Moraviya yaylasının cənub-şərq kənarında yerləşir, halbuki milli parkın şərq hissəsi Die-Svratka çay hövzəsi ilə əlaqələnir. Milli parkın bünövrəsi Die tağının və Die massivinin turşu minerallarından ibarətdir.[5]
Milli park Mərkəzi Avropada dağlıq bir ölkədə çay dərəsinin qorunmasının gözəl nümunəsidir. Die çayı çoxlu təkrar olunmaz yer şəkilləri — əyriliklər, geniş müxtəliflikdə qaya formaları, qənbər sahələr və qaya uçurumları yaradır. Bu diyarda eynişəkilli çay dərələrinin çoxu istirahət bölgələri, dəmir yolları, yollar, sədlər ilə təchiz olunmuşdur.
Die çayını və kanyonunu qorumaq üçün cəhdlər 1978-ci ilə qədər uzanır. Həmin il bu ərazini qorumaq üçün 103 km2 sahədə Podıyi Qorunan Təbiət Sahəsi təsis edilmişdir. Bu sahənin çoxunu hərbi sərhəd zonası təşkil edirdi və bu əraziyə daxil olmaq qadağan edilmişdi. 1989-cu ildəki siyasi hadisələrdən sonra bu ərazidə milli parkın yaradılması üçün hazırlıqlar başladılmış və 1991-ci ildə Podıyi Milli Parkı qurulmuşdur.
2000-ci ilin 1 yanvarında Die çayının Avstriya sahilində Tayatal Milli Parkı qurulmuşdur.[6][7]
Milli park zəngin bitki örtüyünə və heyvanlar aləminə sahibdir. Milli parkın onurğa sütunu onu yarıdan bölərək 220 m dərinliyində kanyon bənzəri dərə əmələ gətirən və Vranovdan Znojmaya axan Die çayıdır. Kanyonun kənarı təbii meşələrlə örtülüdür. Qərb hissədə suyun altında ağcaqayın ağaclarının qalıqları ilə küknar, porsuqağacına rast gəlmək olar. Daha sonra bu meşə palıd-vələs, daha sonra yalnızca palıq meşəsi ilə əvəz olunur. Ərazidə Podıyi üçün xarakterik olan nadir ağac və kol növləri də bitir. Məsələn, meşə albalısı, adi zoğal, dovşanalması, ardıc və s. İnversiya bölgələrində Alp qızılgülü, dağ ağcaqayını tapmaq olar. Milli parkın daha isti hissəsi olan cənub-şərqdə bu bitki növləri bitir: lantana başınağacı, adi canavargiləsi, Quercus dalechampii palıdı, şotland qızılgülü və fransız qızılgülü. Nadir və endemik növ olan Hardeq quşarmudu dünyada ancaq Çexiya-Avstriya Die dərəsində bitir.