Podophyllum peltatum

Qalxanabənzər podofil (lat. Podophyllum peltatum) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin zirinckimilər fəsiləsinin podofil cinsinə aid bitki növü.

Qalxanabənzər podofil
Elmi təsnifat
Beynəlxalq elmi adı

Botaniki xarakteristikası

[redaktə | mənbəni redaktə et]

Çoxillik ot bitkisi olub, düyünlü üfüqi istiqamətdə olan kökümsovunun uzunluğu 1 m, diametri 1,5 sm xaricdən qırmızımtıl-qonur, sındıqda isə ağ rəngli olur. Kökümsovunda çoxsaylı lətli çıxıntılar vardır ki, bunların uzunluğu 35sm, eni isə 5mm-ə bərabərdir. Kökümsovu xaricdən açıq-qonur, sınıq halda isə sarımtıl-ağ olub, xoşagəlməz iylidir.

Gövdəsi düzqalxan, hündürlüyü 50sm, diametri isə 1,5 sm olub, xaricdən çəhrayı, daxili içiboş, oyuq, əsasında 1-3 ədəd qınlı yarpaqları, yuxarı hissəsində isə 3 ədəd qarşı-qarşıya dayanan yaşıl yarpaqlardan ibarətdir. Gövdəsinin sonunda uzun saplaqlı əyilmiş təksaylı çiçəkləri vardır. Yarpaqları uzun saplaqlı, dairəvi, qalxanvarı, diametri 20sm-ə qədər, dişli-bölünən, 7-9 ədəd ikiqanadlı, kənarları isə bərabər olmayan dişlidir. Çiçəyi ağ, əyilmiş, iri, diametri 7sm-ə qədər ətirli (qovun iyli), çiçək yatağı ikiqat yanlıqlı, 3-6 ədəd kasayarpaqlı və 6-9 ləçəkdən, çoxsaylı erkəkcikdən və yuxarı yumurtalıqlı oturaq dişicik ağzından ibarətdir. Meyvələri dairəvi və ya yumurtavari, limonu-sarı rəngli olub, uzunluğu 7 sm, aromatlı, yumşaq lətli və çoxsaylı qırışıqlı açıq-qəhvəyi rəngli toxumları vardır. İyunda çiçəkləyir, avqust-sentyabrda isə meyvələri yetişir. 

Rütublətli, məhsuldar və maili meşə torpaqlarında, bulaq və çay kənarlarında yaşayır. Dekorativ bitki kimi və dadlı meyvələrinə görə becərilir. Dərman bitkisi kimi Sankt-Peterburq və Ukraynanın Lvov vilayətində becərilir.

Mədəni şəkildə əkilən qalxanvari podofillin 3-5 illik plantasiyalarında kök və kökümsovları erkən yazda yerdən 10 sm hüdürlükdə və payızda toplanılır. Xammal havası dəyişilən naves və çardaxlarda və 40ºС temperaturda quruducu şkafda qurudulur. Saxlanılma müddəti 5 ildir.

Quru, yaxşı havalı yerlərdə saxlanılır. Güclü təsirə malikdir. Podofillin maddəsi A siyahısına daxildir.

Tərkibi və təsiri

[redaktə | mənbəni redaktə et]

Kökümsov və köklərində 8% qatran-podofillin, əsas komponent olan liqanlar: podofillotoksin (40%), peltatin (α-peltatin, β-peltatin) və flavonoidlər vardır. Bu maddələrin qlikolizindən podofillotoksin və  peltatin alınır.

İşlədici və ödqovucu dərmandır. Kökümsov və köklərindən alınan ekstraktından xalq təbabətində keyfiyyətli qusma və helmint əleyhinə preparatlar alınır. Etibarlı işlədici kimi bağırsağın selikli qişasına təsir edərək, reflektor olaraq peristaltikasını artıraraq tez boşalmasına səbəb olur. Bu bitki toksiki olduğundan istifadə edilmir.

Podofillin tozu, Etopozid (2% yarımsintetik podofillin məhlulu), Tenipozid (1 % yarımsintetik podofillin məhlulu) və Kondilin (0,5% podofillin məhlulu)sitostatik dərmandır.

Kök və kökümsovundan alınan podofillin ektraktdan qırtlağın və sidik yollarının popillomatozunda müvəffəqiyyətlə istifadə edilir. Podofillin sitostatik aktivliyə malik olduğu üçün mitozu və demək olar ki, metafaza stadiyasını blokada edir. Eyni zamanda bu ektrakt insanda öd ifrazını artırır, xroniki qəbizliyi, öd və qaraciyər xəstələklərini müalicə edir. Elmi təbabətdə qırtlağın papillamatozunda, müxtəlif formalı kandiom və limfangitlərdə, sidik yollarının papillomalarının müalicəsində istifadə edilir. Papillomaların cərrahi müdaxiləsindən sonra tətbiqi yaxşı effekt verir. Podofillin amorf toz olub, sarı-qəhvəyidən, sarı-yaşıl rəngə qədər dəyişən, spesifik iyli maddədir.

  1. Linnaeus C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 1. S. 505.