Poeziya bayramları respublikamızda bir ənənəyə çevrilmişdi. SSRİ-nin yaradılmasının 60 illiyi şərəfinə keçirilən poeziya bayramı da bu ənənələrin davamı idi. Səksəndən çox xalqı və milləti təmsil edən sovet şairləri respublikamıza poeziya bayramına, şairlər Vətəni Azərbaycan torpağına gəlmişdilər.
Poeziya bayramı | |
---|---|
Janr | sənədli film |
Rejissor | Tofiq Mütəllimov |
Ssenari müəllifi | Qulu Xəlilov |
Operatorlar |
Tofiq Sultanov Köçəri Məmmədov Yefim Abramov Faiq Qasımov |
İstehsalçı | "Azərbaycanfilm" Kinostudiyası |
İlk baxış tarixi | 1982 |
Filmin növü | qısametrajlı sənədli film |
Ölkə | SSRİ |
İl | 1982 |
Texniki məlumatlar |
1 hissə 280 metr 35 mm |
Rəng | rəngli |
Film məhz həmin görüşlər haqqında tamaşaçılara məlumat verir.
Budur, poeziya elçiləri Azərbaycanın paytaxtını gəzdikcə Nizami və Füzulinin, Sabir və Müşfiqin abidələri önündə dayanır, sanki onlara hesabat verir, sözün, şerin yüksək mənasını bir daha nümayiş etdirirlər.
Qədim Gəncənin sənət məbədgahı-Şıx düzündə Nizaminin məqbərəsi önündəki görüşü əks etdirən kadrlar yaddaqalandır.