Qulu Xəlilov

Qulu Xəlilli (azərb. Qulu Qasım oğlu Xəlilov‎; 20 noyabr 1930, Qızılcıq, Qarakilsə rayonu16 noyabr 1995, Bakı) — Azərbaycanlı yazıçı, publisist, tənqidçi, ədəbiyyatşünas, filologiya elmləri doktoru (1967), Bakı Dövlət Universitetinin professoru (1968-1995), SSRİ Yazıçılar İttifaqının üzvü (1953), SSRİ Jurnalistlər İttifaqının üzvü (1953), Azərbaycan Respublikasının Əməkdar elm xadimi (1993).

Qulu Xəlilov
azərb. Qulu Qasım oğlu Xəlilov
Doğum tarixi 20 noyabr 1930(1930-11-20)
Doğum yeri
Vəfat tarixi 16 noyabr 1995(1995-11-16) (64 yaşında)
Vəfat yeri
Dəfn yeri
Təhsili
Fəaliyyəti yazıçı
Mükafatları Azərbaycan SSR əməkdar mədəniyyət işçisi Azərbaycan SSR əməkdar elm xadimi

Qulu Xəlilov 1930-cu ildə indiki Sisyan rayonunun Qızılcıq kəndində anadan olub[1]. 1948-ci ildə ailəsi məcburi şəkildə Ağcabədi rayonun Poladlı kəndinə köçürülüb[1][2].

1949-cu ildə daxil olduğu Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini 1954-cü ildə fərqlənmə ilə bitirib[1]. Tələbə ikən Tələbə Elmi Cəmiyyətinin sədri, komsomol bürosunun üzvü, divar qəzetinin redaktoru olub. 1954-1955-ci illərdə ”Ədəbiyyat və incəsənət” qəzeti redaksiyasında tənqid şöbəsinin müdiri olub[3][4]. 1956-1959-cu illərdə Azərbaycan Pedaqoji Universitetində aspiranturada təhsil alıb.1959-cu ildə vaxtından 6 ay əvvəl “Vaqif” pyesi və tarixi dram janrı” mövzusunda namizədlik[5], 1968-ci ildə isə “Azərbaycan romanının inkişafı tarixi” mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək filologiya elmləri doktoru elmi adını alıb[2].

1967-1970-ci illərdə AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunda baş elmi işçi, Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində Azərbaycan mətbuatı tarixi kafedrasında müəllim,sonra professor(1967)[6], filologiya fakültəsində dekan (1977-1978) işləmiş, ömrünün sonunadək ADU-nun jurnalistika fakültəsinin “Mətbuat tarixi və ideoloji iş metodu” kafedrasının professoru (1968-1995) olub[7][8].

Uzun illər səhhətində ciddi problemlər olub[9]. 9 dəfə ağır cərrahi əməliyyat keçirib[9].1995-ci ildə noyabrın 20-də Bakıda vəfat edib[10]. Onu II Fəxri Xiyabanda dəfn etmək qərara alınsa da vəsiyyətini və ailəsinin istəyini nəzərə alıb onu öz atasının yanında, Xəzər rayonunun Şağan qəsəbəsindəki qəbiristanlıqda dəfn ediblər[10].

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

Qulu Xəlilovun yaradıcılığında insan amili, xalqın mənafeyi hər zaman ana xətlə keçib. Yaradıcılığa 1953-cü il yanvarın 8-də “Ədəbiyyat və incəsənət qəzetində çap olunan “Qılınc dağında” məqaləsi ilə başlayıb[11][12]. Bundan sonra dövrü mətbuatda müntəzəm olaraq publisistik və tənqidi məqalələri, hekayələri ilə çıxış etmiş, radio və televiziyada verilişlər aparmışdır. ”Yaşamaq istəyirəm” bioqrafik povesti dövrünün ən çox oxunan və sevilən,buna görə dəfələrlə çap olunun əsəri olub[13][14][15]. ”Atam və mən”, ”Ömrün baharı”, ”Qocaların söhbəti”, ”Qulun yaman kişnədi”, ”Müəllimə”, "Hörümçək", "Tənha palıd", "Bir də gəlmə" kimi əsərləri yazıb[5][7]. Xalq yazıçısı Süleyman Rəhimov onu tənqidimizin “Koroğlu toppuzu”, xalq şairi Bəxtiyar Vahabzadə “Babək qılıncı” adlandırmışdır. Ümumilikdə 15 elmi-tənqidi-publisistik, 10 bədii kitabın və 1000-dən çox elmi-publistik məqalələrin müəllifidir[1].

  • 1941-1945 Böyük Vətən müharibəsində şanlı əməyə görə” medalı — (06.06.1945)
  • V.Leninin anadan olmasının 100 illiyi ilə əlaqədar “Şanlı əmək” yubiley medalı — (1970)
  • ”1941-1945 Böyük Vətən müharibəsində 30 illik qələbəsi” medalı — (25.06.1975)
  • Azərbaycan SSR Ali Sovetinin Rəyasət heyətinin fərmanı ilə fəxri fərman — (16.01.1981)
  • SSRİ Ali Sovetinin Rəyasət heyətinin fərmanına əsasən “Əməkdə fərqlənmə medalı” — (22.08.1986)
  • Azərbaycan Respublikasının Əməkdar elm xadimi — (10 .10.1993)[1][13]

Elmi və publisistik əsərləri

[redaktə | mənbəni redaktə et]
  • Böyük sənət uğrunda. Bakı: Azərnəşr, 1962;
  • "Vaqif" pyesi və tarixi dram janrı. Bakı: Azərnəşr, 1964;
  • Sənət və sənətkar. Bakı: Azərnəşr, 1966;
  • V. İ. Lenin və ədəbiyyat məsələləri. Bakı: Elm, 1970
  • Azərbaycan Sovet Ədəbiyyatında Lenin Milli Siyasətinin qələbəsi. Bakı: Elm, AzSSR "Bilik" Cəmiyyəti, 1971;
  • Azərbaycan romanının inkişaf tarixindən. Bakı: Elm, 1973;
  • Həyat yaradıcılıq çeşməsidir. Bakı: Azərnəşr, 1974;
  • Həyat və idrak. Bakı: Yazıçı, 1980;
  • Torpağın ətri. Bakı: Azərnəşr, 1984;
  • Sənətdə Lenin təlimi və müasirlik. Bakı: Yazıçı, 1984;
  • Tənqidçilik çətin peşədir. Bakı: Yazıçı, 1986;
  • Torpağın göz yaşı. Bakı: Azərnəşr, 1989.

Bədii əsərləri

[redaktə | mənbəni redaktə et]
  • Yaşamaq istəyirəm. Sənədli povest. Bakı: Azərnəşr, 1968;
  • Mələk xala. Hekayələr. Bakı: Gənclik, 1969;
  • Atam və mən. Povestlər və hekayələr. Bakı: Gənclik, 1975;
  • Ömrün baharı. Roman. Bakı: Gənclik, 1978;
  • Yaşamaq istəyirəm. Povest və hekayələr. Bakı: Gənclik, 1981;
  • Həyatdan gələn səslər. Hekayələr, oçerk və portretlər. Bakı: Gənclik, 1984;
  • Ömrün baharı. Povest və hekayələr. Bakı: Gənclik, 1987.

Haqqında yazılmış kitablar

[redaktə | mənbəni redaktə et]
  • Torpaq dərdli insan (Qulu Xəlilov xatirələrdə), 2000, Şuşa.
  • N.Əliyeva “Narahat ömrün səhifələri” , 1998, Kraton.
  • A.Sadıqova “Vətəndaş fəryadı”., 2000,Azərbaycan Milli Ensiklopediyası Nəşriyyatı.

Haqqında çəkilmiş film

[redaktə | mənbəni redaktə et]
  1. 1 2 3 4 5 "Görkəmli ədəbiyyatşünas-alim Qulu Xəlilovun 90 illiyidir". az.baku-art.com (az.). 2023-12-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-25.
  2. 1 2 Şamxəlil Məmmədov. "Azərbaycan elminin korifeyləri". "Azərbaycan müəllimi" qəzeti (az.). muallim.edu.az. 2011. İstifadə tarixi: 2014-09-22.[ölü keçid]
  3. Yusifli, Vaqif. "Tənqidçi Şəxsiyyəti Qulu Xəlilov – 90". Edebiyyatqazeti.az. 2020-03-12. 2023-12-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-25.
  4. Xəlilzadə, Flora. "Özü ədalətli, sözü fəzilətli idi". Xalqqazeti.az (az.). 2023-11-19. 2023-12-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-25.
  5. 1 2 "Qulu Qasım oğlu Xəlilov (1930-1995)". journalism.bsu.edu.az. 2023-12-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-25.
  6. "Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu; Ədəbiyyat nəzəriyyəsi şöbəsi: Şöbənin fəaliyyətində mühüm xidmətləri olmuş əməkdaşlar". Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu (az.). literature.az. 2012. 2016-12-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-09-22.
  7. 1 2 Məhərrəmova, Təranə. "Yaşamaq uğrunda mübariz". Kaspi qəzeti. 2010-11-27. 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-25.
  8. "К 75-ЛЕТИЮ ПРОФЕССОРА, ПУБЛИЦИСТА ГУЛУ ХАЛИЛОВА". Azertac. 2005-12-09. İstifadə tarixi: 2023-12-25.
  9. 1 2 Xəlilov, Buludxan. "Yaşamaq istəyən adam". modern.az. 2016-02-02. Archived from the original on 2016-02-02. İstifadə tarixi: 2023-12-25.
  10. 1 2 Faiq Qismətoğlu. "Yaşamaq istəyirəm". "Ədalət" qəzeti (az.). anl.az. 2011. 2017-04-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-09-22.
  11. Fərəcov, Savalan. "Böyük ədəbiyyat sevdalısı". medeniyyet.az. 2020-11-25. 2023-12-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-25.
  12. Əliyeva, Nurlanə. "Narahat ömrün səhifələri". worldinfo.az (az.). 1970-01-01. 2023-12-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-25.
  13. 1 2 Təranə Məhərrəmova. "Qulu Xəlilov - 80 (Yaşamaq uğrunda mübariz)". "Kaspi" qəzeti (az.). anl.az. 2010. 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-09-22.
  14. "Əzəmət və məğrurluq simvolu". kaspi.az (az.). 2023-12-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-25.
  15. Həsənov, Müsəllim. "Ana dilinin qurbanları: Üç "dissident"in günahı nə idi – Gizli Tarix". https://azvision.az (az.). 2021. 2023-12-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-25.
  • Təranə Məhərrəmova, "Qulu Xəlilov — 80 (Yaşamaq uğrunda mübariz)", "Kaspi" qəzeti, 2010. — 27 – 29 noyabr. — Səh. 4.
  • Şamxəlil Məmmədov, "Azərbaycan elminin korifeyləri", "Azərbaycan müəllimi" qəzeti, 29 aprel 2011 — № 16
  • Faiq Qismətoğlu, "Yaşamaq istəyirəm", "Ədalət" qəzeti. — 2011. — 27 avqust.- Səh. 14.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]