Pokemon: Xəfiyyə Pikaçu (ing. Pokémon Detective Pikachu; yap. 名探偵ピカチュウ) — rejissorluğunu Rob Lettermanın etdiyi 2019-cu ildə istehsal olunmuş şəhər fantaziyası müəmma filmi. Ssenari Satoşi Taciri tərəfindən yaradılmış Pokemon françayzinqinə, Detective Pikachu oyununa və[4] Hernandes, Samit və Nikol Pörlman tərəfindən yazılan hekayəyə əsaslanaraq Ded Hernandes, Benci Samit və Derek Konoli tərəfindən yazılmışdır. Film Toho ilə birlikdə Legendary Pictures tərəfindən hazırlanmışdır. Bu ilk canlı ifa janrında olan Pokemon filmidir.[5] Rayan Reynolds filmdə Pikaçunun səsləndirməsini və üz hərəkətlərinin yaxalanmasını icra edərək, Castis Smit, Ketrin Nyuton, Suki Uoterhaus, Omar Çaparro, Kris Qir, Ken Vatanabe və Bill Nayi ilə birlikdə canlı ifa rollarını canlandırıb.
Pokemon: Xəfiyyə Pikaçu | |
---|---|
ing. Pokémon: Detective Pikachu | |
Janr | canlı aktyorlu cizgi filmi[d], müəmma filmi, fentezi filmi[d], macəra filmi, elmi-fantastika filmi, döyüş filmi, cinayət filmi, detektiv filmi, komediya filmi, döyüş-komediya filmi[d] |
Rejissor |
|
Prodüser | |
Baş rollarda | |
Operator |
|
Bəstəkar |
|
İstehsalçılar | Legendary Pictures[d], Warner Bros., Warner Bros. Pictures[d] |
Distribütor | Warner Bros. |
İlk baxış tarixi | 10 may 2019, 9 may 2019[1], 10 may 2019[2], 3 may 2019 |
Müddət | 104 dəq. |
Büdcə | 150.000.000 $ |
Gəlir | 449.762.638 $[3], 144.174.568 $[3] |
Ölkələr | |
Dil | ingilis dili |
Rəng | rəngli |
Çəkiliş yeri | London, Denver |
IMDb | ID5884052 |
Vikianbarda əlaqəli mediafayllar |
Filmin çəkilişləri 2018-ci ilin yanvar-may aylarında Kolorado, İngiltərə və Şotlandiyada edilmişdir. Warner Bros., RealD 3D və Dolby Cinema tərəfindən paylanan film,[6] 3 may 2019-cu ildə Yaponiyada,[7][8] 10 may 2019-cu ildə isə ABŞ-da buraxılmışdır. ABŞ-da Pokemon 3 filmindən sonra Warner Bros. tərəfindən teatr paylanışı edilən və MPAA-dan PG reytinqi alan ilk Pokemon filmidir. Həmçinin ABŞ-da G reytinqi almayan ilk Pokemon filmidir.[9]
Xəfiyyə Pikaçu tənqidçilərdən məxluqun dizaynını və Reynoldsun performansını tərifləyən, ancaq məzmunu standart olaraq tənqid edən müxtəlif rəylər almışdır.[10][11] Film 422 milyon dollardan çox gəlir əldə edərək 2019-cu ilin ən yüksək gəlir əldə edən 6-cı filmi olmuşdur. Film, Rotten Tomatoes saytında bir video oyununun ən yaxşı canlı ifa filmi adaptasiyasıdır. CinemaScore və PostTrak tərəfindəndə müsbət qiymətlər almışdır.
Pokemon kainatında, Tim Qudmen anasının ölümü və atasının (Harri) olmaması səbəbiylə Pokemon təlimindən imtina edən 21 yaşındakı bir sığortaçıdır. O atasının ölümündən sonra atasının əşyalarını toplamaq üçün insanların və pokemonların bərabər olaraq yaşadığı metropolis olan Rim şəhərinə yola düşür. Harrinin mənzilində Tim, danışa bilən və sadəcə onun başa düşəcəyi şəkildə danışan, başında deerstalker papağı olan Pikaçu ilə qarşılaşır. Onlar daha sonra Timin mənzili araşdırarkən yanlışlıqla qapağını açdığı "R" etiketli bənövşəyi qazın təsiri altında vəhşiləşən Aipomun hücumundan qaçırlar. Daha sonra bir kafeyə sığınırlar. Burda Pikaçu özünün Harrinin polis partneri olan amneziyalı xəfiyyə olduğunu deyir və Harrinin itkin düşməsini araşdırmağa başlayırlar. Timin daha öncədən rastlaşdığı, Harrinin ölümündən şübhələnən, köşə yazarı və həvəsli müxbir olan Lusi Stivensi axtarırlar. O Tim və Pikaçunu Rim limanına aparır. Orda Mister Mimi sorğuladıqdan sonra, Sebastiyanın qeyri-qanuni fəaliyyət göstərən Pokemon arenasına gedirlər. O, daha əvvəl Sebastianın Şarizardını məğlub edən Pikaçu ilə yenidən matç tələb edir. Lakin, Sebastian Şarizarda R qazından bir doza verdiyi üçün, Tim Pikaçunu xilas etməyə çalışır. Sebastian daha sonra R qazını pis məqsədlə istifadə edir və təsadüfən stadiona buraxaraq təxribata səbəb olur. Sebastian Timə "R" qazını "doktordan" aldığını söyləyir.
Polis-leytenant Hideyo Yoşida ilə Harrinin ölümü və həyatda qalma ehtimalı ilə üz-üzə qaldıqdan sonra, Tim və Pikaçu Rim şəhərinin xeyriyyəçisi Hovard Kliffordun yanına gedirlər. Klifford onlara Harrinin laboratoriyadan qaçmış pokemon olan Myutu tərəfindən törədilən avtomobil qəzasında öldüyünü, qəzadan sonra isə Harrini özü ilə apardığını, Pikaçunun isə yaddaşını silərək amneziya etdiyini izah edir. Hovard şirkəti və şəhərin faktiki nəzarəti altında olduğunu iddia edən oğlu Rocer barədə onları xəbərdar edir. Tim və Pikaçu, Lusinin Psaydakını, Harrinin araşdırma etdiyi laboratoriyada gəzərkən tapır. Sebastiyanın "həkiminin", 20 il əvvəl qaçdıqdan sonra Myutuda sınaqlar edən Harrinin kömək etdiyi bir araşdırmaçı olduğunu öyrənirlər. Daha sonra isə bir neçə Qreninjanın hücumuna məruz qalırlar. Amma Psaydak onları müdafiə edir. Nəhəng Torterraların olduğu tarladan qaçırlar, ancaq Pikaçu ağır yaralanır. Tim, Bulbasaur ilə əlaqə qurmağı bacarır və Pikaçuyu, onu sağaldan Myutu ilə rastlaşacaqları meşədəki açıqlığa aparır. Myutu niyyətini ortaya qoymağa çalışır, ancaq Rocer tərəfindən tutulur. Harriyə xəyanət etdiyini öyrənən Pikaçu, Timdən ayrılır. Pikaçu, Harrinin öldüyü avtomobil qəzasının baş verdiyi yerə gəlib çıxır və Harriyə Myutunun yox Qreninjanın hücum etdiyi ilə bağlı sübut tapır.
Tim Houarda çatır, ancaq şüurlarını Myutuya köçürməyi və Pokemonları sahibləri ilə birləşdirmək üçün R qazının köməyi ilə güclərini istifadə etməyə niyyətli olduğunu öyrənir. O həmçinin həqiqi Rocerin əlləri və ağzı bağlı halda gizlədildiyini və digər Rocerin isə forma dəyişdirə bilən Ditto olduğunu öyrənir. Myutunun bədənində olan Houard, Pokemon ilə insanları bir-birinə birləşdirərkən, Pikaçu Myutu ilə döyüşmək üçün elektrik enerjisini çağırır və Myutuyu Timin Houardın idarəsindən azad etməsinə kifayət edəcək qədər uzun vaxt ərzində müdafiə etdi. Houard polis tərəfindən həbs edilərkən, Myutu hər kəsi normal halına bərpa edir və Harrinin onu sağaltmaq üçün əslində Pikaçu ilə birləşmiş olduğunu dedi; Birləşmə zamanı Pikaçunun yaddaşıda silinib. Myutu onları Timin köməyi ilə ayırdıqdan sonra, tamamilə canlanan Harri, Timə evə qayıtmaq şansı verir. Ancaq Tim necə xəfiyyə olacağını və onla və Pikaçu ilə zaman keçirməyi öyrənmək üçün qalmağa qərar verir.