Pol-Anri Sandaoqo Damiba

Pol-Anri Sandaoqo Damiba (fr. Paul-Henri Sandaogo Damiba; 2 yanvar 1981, Uaqaduqu) — Burkina-Fasoda 2022-ci il dövlət çevrilişi ilə 24 yanvar 2022-ci ildə Prezident Rok Mark Kristian Kaboreni devirərək Müdafiə və Bərpa Uğrunda Vətənpərvər Hərəkatına rəhbərlik edən burkina-fasolu hərbi zabiti.[2]

Pol-Anri Sandaoqo Damiba
fr. Paul-Henri Sandaogo Damiba
Burkina-Fasonun Prezidenti
31 yanvar 2022 – h.h
ƏvvəlkiRok Mark Kristian Kabore
Müdafiə və Bərpa Uğrunda Vətənpərvər Hərəkatının Prezidenti
24 yanvar 2022 – h.h
Şəxsi məlumatlar
Doğum tarixi (43 yaş)
Doğum yeri Uaqaduqu, Yuxarı Volta (indiki Burkina-Faso)
Təhsili
Fəaliyyəti hərbi qulluqçu, siyasətçi
Dini katolisizm
Rütbəsi polkovnik-leytenant
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Pol-Anri Sandoqo Damiba Parisdə hərbi məktəbi bitirib. Təhsil aldığı müddətdə o, Qvineyanın gələcək Prezidenti Mamadi Dumbuya ilə görüşdü, o da orada təhsil alırdı. O, Parisdəki Milli İncəsənət və Sənətkarlıq Konservatoriyasında kriminologiya üzrə magistr dərəcəsinə və idarəetmə, komandanlıq və strategiya üzrə müdafiə eksperti sertifikatına malikdir. 2010–2020-ci illərdə ABŞ-də təlim-məşq toplanışı keçirib.[3]

Hərbi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Damiba polkovnik-leytenantdır və Uaqaduqu, Manqa, Kuduqu və Fada-Nqurmanı əhatə edən üçüncü hərbi bölgənin komandiridir. O, Prezident Təhlükəsizlik Alayının keçmiş üzvü, Blez Kompaorenin keçmiş prezident mühafizəçisidir. Damiba 2011-ci ildə ordu qiyamından sonra PTA-nı tərk etdi.[4]

Burkina-Faso mediasında yayılan xəbərlərə görə, 2019-cu ildə Damiba 2015-ci ildə Burkina-Fasoda keçid hökumətini devirən çevrilişin arxasında duran sui-qəsdçilərin məhkəməsində ifadə verdi.[2]

Damiba Burkina-Fasoda cihadçıların üsyanı zamanı etdiyi hərəkətlərə görə populyarlıq qazanıb. O, keçmişdə Burkina-Faso hökumətini islamçı üsyançılara qarşı Rusiyanın Vaqner qrupundan muzdlu əsgərlər cəlb etməyə çağırmışdı. Rok Mark Kabore hökuməti bu təklifin Burkina-Fasonu Qərbdən uzaqlaşdıracağını əsas gətirərək qəti şəkildə əleyhinə çıxdı.[5]

2021-ci ildə Damiba islamçılarla mübarizə haqqında kitab nəşr etdi: "Qərbi Afrika orduları və terrorizm: Qeyri-müəyyən cavablar?"[6]

Damiba bir sıra ABŞ proqramları vasitəsilə təlim keçmişdir. 2010 və 2020-ci illərdə o, insan hüquqları və silahlı münaqişələr qanunları haqqında məlumatlılığın artırılması da daxil olmaqla Flintlok Birgə Mübadilə Təlimlərində iştirak etmişdir. 2013-cü ildə Damiba ABŞ Dövlət Departamentinin maliyyələşdirdiyi Afrika Fövqəladə Əməliyyatlar üzrə Təlim və Yardım kursunda iştirak etmişdir. 2013 və 2014-cü illərdə Damiba Afrika Uğrunda Hərbi Kəşfiyyat Kursunda iştirak edib. 2018 və 2019-cu illərdə ABŞ Müdafiə Departamentinin Mülki Hərbi Dəstək Elementi ilə Burkina-Fasoda təlim keçib.[7]

2022-ci il dövlət çevrilişi

[redaktə | mənbəni redaktə et]

24 yanvar 2022-ci ildə Damiba 2022-ci ildə Burkina-Faso dövlət çevrilişinə rəhbərlik etdi və Prezident Rok Mark Kristian Kabore və Baş nazir Lassina Zerbonu həbs etdi. Uaqaduquda insanlar çevrilişi qeyd edərkən, bəzi tərəfdarlar islamçı terrorizmlə mübarizədə Rusiyadan kömək almağa çağırış əlaməti olaraq Rusiya bayraqları qaldırıblar. Bu açıqlamadan sonra hərbçilər parlamentin, hökumətin və konstitusiyanın buraxıldığını bəyan ediblər. Yanvarın 31-də hərbi xunta konstitusiyanı bərpa etdi və Damibanı müvəqqəti Prezident təyin etdi.[8]

  1. 1 2 https://www.blackpast.org/global-african-history/people-global-african-history/paul-henry-sandaogo-damiba-1981/.
  2. 1 2 "Arxivlənmiş surət". 2022-01-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-03-04.
  3. "Arxivlənmiş surət". 2022-01-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-03-04.
  4. "Arxivlənmiş surət". 2022-01-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-03-04.
  5. "Arxivlənmiş surət". 2022-01-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-03-04.
  6. "Arxivlənmiş surət". 2022-01-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-03-04.
  7. "Arxivlənmiş surət". 2022-03-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-03-05.
  8. "Arxivlənmiş surət". 2022-01-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-03-05.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]