Pol Sinyak

Pol Sinyak (fr. Paul Signac, 11 noyabr 1863[1][2][…], Paris[3][4]15 avqust 1935[3][1][…], Paris[3][4]) — Fransız Neoimpressionizm rəssamı. Jorj-Pyer Söra ilə birlikdə puantilizm üslubunu yaratmışdı.

Pol Sinyak
fr. Paul Signac
Doğum tarixi 11 noyabr 1863(1863-11-11)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 15 avqust 1935(1935-08-15)[3][1][…] (71 yaşında)
Vəfat yeri
Vəfat səbəbi sepsis
Dəfn yeri
Fəaliyyəti rəssam, boyakar[d], rəssam-qravürçü[d], qrafika ustası[d], memarlıq çertyojçusu[d]
Janrlar portret, peyzaj[4], natürmort[4]
Stil puantilizm[4]
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Sinyak 11 noyabr 1863-cü ildə Parisdə Jül və Heloise Sinyakın yeganə övladı olaraq anadan olmuşdur. Atası varlı bir yəhər istehsalçısı idi. Atasını 16 yaşında itirən Sinyak memarlıq təhsili alaraq rəssamlıq fəaliyyətinə başladı. Həyatı boyu Avropa sahillərini gəzib çox mənzərələr çəkdi.

1880–1884-cü illər arasındakı ilk rəsmlərinə Klod MoneArman Qiyomen kimi impressionist rəssamların təsirləri daxil idi. 1884-cü ildə Parisdə Jorj-Pyer Söra ilə görüşdü. Söranın sistemli iş üsulu və rəng biliklərinə heyran qalmışdı. Söranın təsiri ilə impressionizmə xas olan qısa fırça vuruşlarından imtina etdi və yan-yana qoyulmuş bir çox kiçik rəng nöqtələri ilə rəsmlər etməyə başladı. Bu nöqtələr az sayda əsas rənglərdən seçilirdi, lakin şüurlu şəkildə seçilmiş və yan-yana gətirilən təməl rənglər hər cür ara rəngi yarada bilər. Sinyak beləliklə neoimpressionizm üslubunu qəbul edirdi.

Hər yay Parisdən ayrılıb sevdiyi cənubi Fransa sahillərinə rəsm etməyə gədərdi. 1889-cu ildə Arlese getdi və dostu Vinsent van Qoq ziyarət etdi. 1890-cı ildə Genuyanı, FlorensiyanıNeapol şəhərlərini gəzərək İtaliya gəzintisinə çıxdı. 1891-ci ildə Söranın ölümündən sonra neoimpressionistlərin lideri oldu. 1891-ci ildə Söranın ölümündən sonra neoimpressionistlərin lideri oldu. 1892-ci ildə rəssam dostu Kamil Pissarronun qohumu Berte Robles ilə evləndi. 1893-cü ildə Sinyakın San Tropezdə aldığı ev Sinyak və onun bir çox rəssam dostları üçün məşhur bir tətil və iş yeri olacaqdı.

1890-cı illərdə kiçik yelkənli bir gəmi ilə uzaq sahillərə səyahət etməyə başladı. Şimalda Hollandiya sahillərinə, cənubda isə İstanbula qədər gəldi. Tez hazırladığı rəngli akvarel rəsmləri ilə ziyarət etdiyi hər limandan qayıdıb və studiyasında bu rəsmləri puantilist üsulu ilə böyük tuvallara köçürmüşdü. 1900-cü ildən üslubunu dəyişdirdi və kiçik rəngli ləkələr yerinə nisbətən böyük meydanların mozaikalarını rəsm etməyə başladı.

1908-ci ildə, o, fəal rol oynadığı Paris Müstəqil Rəssamlar Cəmiyyətinin prezidenti oldu. Ölümünə qədər işlədiyi müddətdə, o, Fovizmkubizm kimi mübahisəli avangard hərəkətlərini dəstəkləyib və Anri MatissAndre Deren kimi gənc sənətçilərə ilham və ilham verib. (Sinyak Matissedən bir rəsm satın alan ilk şəxsdir.)

Sinyak rəssamlıqda müxtəlif üsullardan istifadə etməkdən zövq alırdı. Akvarel və yağlı rəsmlərlə yanaşı, çox sayda oyma iz və litoqrafiya əsərləri də var. O, həmçinin puantilist üslubunda mürəkkəb qələm ilə təcrübə aparmışdır. Sənət nəzəriyyəsi mövzusu ətrafında geniş yazmışdır. Eugene Delakroixin 899-cu ildə yazdığı neoImpressionizm və Cohan Barthold Congkind-də 1927-ci ildə yazdığı kitab bunlardandır.

Sinyak 15 avqust 1935-ci ildə Parisdə septisemiyadan öldü. Cəsədi yandırıldıqdan sonra Per-Laşez məzarlığında dəfn edilmişdi.[5][6]

  1. 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 Paul Signac (nid.).
  3. 1 2 3 4 5 6 Синьяк Поль // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
  4. 1 2 3 4 5 6 7 https://rkd.nl/explore/artists/72519.
  5. "Paul Signac" (ingilis). artchive.com. 2014-03-31 tarixində arxivləşdirilib.
  6. The New Encyclopædia Britannica. Micropædia. 1988. səh. 796.