Kamil Jakob Pissarro (ing. Camille Pissarro; 10 iyul 1830[1][2][…], Şarlotta Amaliya, Sen-Tomas, Danimarka Qərbi Hindistanı[1][4] – 13 noyabr 1903[1][3][…], Paris[1][4]) — fransız boyakarı. İmpressionizmin yaradıcılarından biri.
Kamil Pissarro | |
---|---|
fr. Camille Pissarro | |
Doğum adı | Jacob Abraham Camille Pissarro |
Doğum tarixi | 10 iyul 1830[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 13 noyabr 1903[1][3][…] (73 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | sepsis |
Dəfn yeri | |
Fəaliyyəti | memarlıq çertyojçusu[d], litoqraf, rəssam-qravürçü[d], rəssam, qrafika ustası[d] |
Janrlar | peyzaj[5], portret[5], natürmort[5] |
Stillər | impressionizm[6][4], neoimpressionizm[4] |
Tələbələri | Pol Qogen |
Vikianbarda əlaqəli mediafayllar |
Kamil Pissarro 1855–1861-ci illərdə Parisin Süis Akademiyasında oxumuşdur.
Yaradıcılığına K. Koro, C. Konstebl, J. F. Millenin təsiri olmuşdur. Mənzərələrində havanın şəffaflığını və nəmliyini, yenicə yağmış yağışı, yaxud yaxınlaşan yağış havasını bütün incəliyi ilə vermişdir ("Luvesyendə poçt arabası", 1870, İmpressionizm muzeyi, Paris).
İmpressionistlərin çoxundan fərqli olaraq Pissarro daha aydın və tam kompozisiya quruluşuna, forma plastikliyinə meyil etmişdir.
Rəsm, akvarel, ofort və litoqrafiyaları da var.