Pol Tomas Anderson

Pol Tomas Anderson (ing. Paul Thomas Anderson; 26 iyun 1970[1], Studio City[d], Kaliforniya)[2][3] — amerikalı film rejissoru. Anderson müasir Amerika kinosunun ən görkəmli rejissorlarından biridir.

Pol Tomas Anderson
ing. Paul Thomas Anderson
Pol Tomas Anderson 2020-ci ildə
Pol Tomas Anderson 2020-ci ildə
Doğum tarixi 26 iyun 1970(1970-06-26)[1] (54 yaş)
Doğum yeri
Uşağı 4
Partnyoru
  • Maya Rudolf[d] (2001–)
Fəaliyyəti kinorejissor, ssenarist, film prodüseri, kinematoqraf, rejissor, prodüser, yazıçı
Fəaliyyət illəri 1988-ci ildən
Təhsili
Mükafatları Qızıl ayı
IMDb ID0000759
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Pol Tomas Anderson 26 iyun 1970-ci ildə Los-Ancelesin Studio City bölgəsində dünyaya gəlib. Onun atası Erni Anderson Amerika Yayım Şirkətində çalışan aktyor idi.[4][5] Pol dörd qardaş-bacısı ilə birlikdə San Fernando vadisində böyüyüb.[6] Onun atasının ilk evliliyindən dünyaya gəlmiş beş ögey qardaş-bacısı var.[7] Onun anası ilə olan münasibəti yaxşı deyildi. Pol daha çox atasına yaxın idi. Atası onu yazıçı və ya rejissor kimi karyera qurmaqda dəstək olmuşdur.

Anderson Nyu-York Universitetinin Film Məktəbində oxuyub. Bu müddətdə öz filmlərini çəkərək daha çox öyrənməyin mümkün olduğunu düşünərək məktəbi tərk etmişdir. O, ilk olaraq qısametrajlı filmlər və kliplər çəkərək öz üslubunu və istedadını inkişaf etdirdi.

O, rejissorluq karyerasına 1996-cı ildə lentə aldığı "Çətin səkkizlik" adlı ilk bədii filmi ilə başlayıb.[8] Filmin uğuru Andersona daha böyük imkanlar təqdim etdi. O, 1997-ci ildə çəkdiyi "Boogie Nights" filmi ilə sıçrayış etdi. Bu film 1970-ci illərdəki pornoqrafiya sənayesi haqqındadır və Andersonun hekayə bacarıqlarını nümayiş etdirdiyi şah əsərdir.[9] "Boogie Nights" ən yaxşı orijinal ssenari nominasiyasında "Oskara" namizədlik əldə etmişdir.

Andersonun növbəti böyük layihəsi 1999-cu ildə çəkilmiş "Maqnoliya" filmi oldu.[10] "Maqnoliya" Berlin Beynəlxalq Film Festivalında "Qızıl Ayı" qazandı və üç "Oskar" mükafatına namizəd oldu. Tom Kruz filmdəki ifasına görə "Oskar" mükatına layiq görüldü.[11]

Onun rejissorluq karyerasının ən diqqətəlayiq əsərlərindən biri də 2007-ci ildə Deniel Dey-Lüisin baş rolda olduğu "Qan töküləcək" filmidir.[12] Neft kəşfçisinin hekayəsindən bəhs edən bu film, acgözlük və korrupsiya haqqındadır. Bu film Andersona "Ən Yaxşı Rejissor" nominasiyasında "Oskar" nominasiyası qazandırdı.[13]

İl Ad Distributor
1996 Hard Eight Rysher Entertainment
1997 Boogie Nights New Line Cinema
1999 Maqnoliya New Line Cinema
2002 Punch-Drunk Love Sony Pictures Releasing
2007 There Will Be Blood Paramount Vantage / Miramax
2012 The Master The Weinstein Company
2014 Inherent Vice Warner Bros. Pictures
2017 Phantom Thread Focus Features / Universal Pictures
2021 Licorice Pizza United Artists Releasing / Metro-Goldwyn-Mayer
  1. 1 2 Paul Thomas Anderson // Munzinger Personen (alm.).
  2. Ehrlich, David. "Paul Thomas Anderson Movies Ranked from Worst to Best". IndieWire. December 21, 2017. August 18, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 7, 2018.
  3. Silman, Anna. "Paul Thomas Anderson and Maya Rudolph Are the Greatest Celebrity Couple". The Cut. New York Media, LLC. February 7, 2018. August 6, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 7, 2018.
  4. Waxman, Sharon R. Rebels on the backlot: six maverick directors and how they conquered the Hollywood studio system. HarperCollins. 2005. səh. 84. ISBN 978-0-06-054017-3. June 23, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 7, 2015.
  5. Luttermoser, John. "'There Will Be Blood' comes out on video Tuesday". Cleveland.com. Cleveland Live, Inc. April 5, 2008. January 24, 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 28, 2010.
  6. Waxman, Sharon R. Rebels on the backlot: six maverick directors and how they conquered the Hollywood studio system. HarperCollins. 2005. xii, xiii. ISBN 978-0-06-054017-3. May 11, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 7, 2015.
  7. "Anderson, Ernie". The Encyclopedia of Cleveland History. January 16, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 9, 2021.
  8. Rochlin, Margy. "FILM; The Innocent Approach to an Adult Opus". NYTimes.com. October 12, 1997. May 15, 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 7, 2011.
  9. Pilkington, Ed. "Tell the story! Tell the story!". guardian.co.uk. January 4, 2008. November 10, 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 9, 2011.
  10. Schickel, Richard. "Cinema: Magnolia". Time.com. December 27, 1999. February 21, 2011 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: February 26, 2011.
  11. "Oscars Ceremonies 2000". Oscars.org. Academy of Motion Picture Arts and Sciences. April 2, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 12, 2015.
  12. Goodwin, Christopher. "Daniel Day-Lewis Gives Blood, Sweat and Tears". The Sunday Times. November 25, 2007. May 17, 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 21, 2009.
  13. "'Oil!' and the History of Southern California". The New York Times. February 22, 2008. October 26, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 25, 2017.