Polad Bəylərov (1970, Alxaslı, Laçın rayonu – 31 iyul 1992, Laçın rayonu) — Qarabağ müharibəsi şəhidi.
Polad Bəylərov | |
---|---|
Polad Hətəm oğlu Bəylərov | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1970 |
Doğum yeri | |
Vəfat tarixi | 31 iyul 1992 |
Vəfat yeri | |
Dəfn yeri | |
Vətəndaşlığı |
Polad Bəylərov 1970-ci ildə Laçın rayonun Alxaslı kəndində anadan olub. Alxaslı kənd orta məktəbini bitirib. Sovet ordusu sıralarında xidmətini başa vurub vətənə dönəndə artıq Qarabağ müharibəsi başlamışdı və Polad könüllü olaraq Milli Ordu sıralarına qatılaraq düşmənə qarşı igidliklə vuruşub.
1992-ci ilin iyul ayının 31-də Laçın uğrunda gedən döyüşdə şəhid olub. 1993-cü ildən Laçın rayon Alxası kənd orta məktəbi Polad Bəylərovun adını daşıyır.
Bakıda Şəhidlər Xiyabanında dəfn olunub.[1]