Polad Qasımov (1942, Ataxal, Gədəbəy rayonu – 19 fevral 2017, Bakı) — 1995–2017-ci illərdə "Kirpi" jurnalının baş redaktoru.
Polad Qasımov | |
---|---|
Doğum tarixi | 1942 |
Doğum yeri | |
Vəfat tarixi | 19 fevral 2017 |
Vəfat yeri | |
Təhsili |
11 fevral 1942-ci ildə Gədəbəy rayonunun Ataxal kəndində anadan olmuşdur. Sergey Mironoviç Kirov adına Azərbaycan Dövlət Universtitetinin Jurnalistika fakultəsini və Bakı Ali Partiya məktəbini bitirmişdir.
1960-cı illərdən jurnalistika fəaliyyətinə başlamışdır. Azərbaycan pioneri qəzetində, Kommunist qəzetində, Abşeron qəzetində çalışmışdır. 1983-cü ildən Kirpi satira-yumor jurnalında məsul katib və baş redaktorun müavini vəzifələrində çalışmışdır. 1995-ci ildən 2017-ci ilədək Kirpi jurnalının baş redaktoru olmuşdur. Azərbaycan Respublikası Əməkdar Mədəniyyət İşçisi və Əməkdar jurnalist fəxri adlarına layiq görülmüşdür. " Qızıl qələm " , Ə.Haqverdiyev adına " Satira ustası" , " Araz " ali media mükafatları laureatıdır. " Dəvənin quyruğu " , " Narıncı köynək " , " Kreslo günahı " kimi kitabların və bir sıra elmi məqalələrin, oçerk və felyetonların müəllifidir.
2017-ci il fevralın 19-da Bakı şəhərində vəfat etmişdir.