Ataxal — Azərbaycan Respublikasının Gədəbəy rayonunun Böyük Qaramurad kənd inzibati ərazi dairəsində kənd.[2]
Ataxal | |
---|---|
40°36′01″ şm. e. 45°36′15″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Gədəbəy rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 297 (2009) nəfər |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ2114[1] |
Zəyəm çayının sağ sahilində, Şahdağ silsiləsinin ətəyindədir. Yerli əhalinin verdiyi məlumata görə, kəndi XVIII əsrdə Qaraboyun Ataxal adlı bir nəfər bina etmişdir. Kənddə Ataxal bulağı da var. Hazırda kənddə yaşayan nəsillərdən biri qaraboyunlu adlanır. 1930-cu illərdən başlayaraq kənddən xeyli ailə Zəyəm çayının sol sahilinə köçmüş, bir qədər aralıda Təzə Ataxal adlı yeni kənd salmışdır. Türk dillərində ata sözünün "baba", "yaşlı kişi, erkək" və s. mənaları ilə yanaşı "təyin etmək, göndərmək" mənasında işlənməsinə də təsadüf olunur. Xal/xayl sözü isə "atlı dəstəsi, süvari dəstəsi" deməkdir. Ataxal oykonimləri "atlı dəstəsi göndərilən yer" mənasını bildirir. 1917-ci ildə bu oykonim Atalxal variantında qeydə alınmışdır. Bu variantda oykonim "məşhur atlı dəstəsi" mənasını ifadə edir.[3]
2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 297 nəfər əhali yaşayır.[4]
Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.