Polar Pena Karraso

Mariya del Pilar Pena (d. 4 aprel 1986) — İspaniyanı təmsil edən su poloçusu.[1]

Mariya del Pilar Pena
Şəxsi məlumatlar
Tam adı Mariya del Pilar Pena
Vətəndaşlığı İspaniya İspaniya
Doğum tarixi (37 yaş)
Boyu 174 sm.
Su poloçusu məlumatları
Mövqeyi Oyunçu
Karyerası
İllərKomanda
2012—2016İspaniya İspaniya

Karyerası[redaktə | mənbəni redaktə et]

Mariya del Pilar Pena, İspaniya yığmasının heyətində 2012-ci ildə Birləşmiş Krallığın London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə ABŞ yığmasına 5:8 hesabı ilə məğlub olan İspaniya yığması, London Olimpiadasının gümüş medalına sahib oldu.

Daha sonra Mariya del Pilar Pena, İspaniya yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə Çin yığmasını 11:6 hesabı ilə məğlub edən İspaniya yığması, Rio-de-Janeyro Olimpiadasını beşinci pillədə başa vurdu.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Mariya del Pilar Penanın tərcümeyi-halı". www.olympedia.org (ing.)). 24.07.2020. 2022-01-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.07.2020.