Poliolefinlər

Poliolefinlər – yüksəkmolekullu birləşmələr (polimerlər) sinfinə aid olub, aşağımolekullu maddələrdən – olefinlərdən (monomerlərdən) alınır. Neftdən və ya təbii qazdan eyni və ya müxtəlif monomerlərin katalizator iştirakında homopolimerləşməsi və ya birgə (so) polimerləşməsi yolu ilə emal olunur. Müxtəlif örtüklərin (plyonkaların) və liflərin sənaye istehsalında geniş istifadə olunur.

Termoplastlarelastomerlər məlumdur. Termoplastların ən mühüm nümayəndələri polietilen, polipropilen, polibutilenlərdir. Elastomerlərdən ən geniş tətbiq olunanı etilen-propilen kauçukudur. Kauçukabənzər xassələri olan isə poliizobutilendir.

Poliolefinlərin faza hallarının diapazonu jeleşəkilli olmaqdan bərk olmağa qədər dəyişir. Faza halı, birinci növbədə, molekul kütləsi və kristallaşma dərəcəsi ilə müəyyən olunur. Kristallik poliolefinlər yüksək dielektrik xassələri, mexaniki möhkəmliyi və aqressiv mühitin təsirinə qarşı (güclü oksidləşmədən başqa) davamlılığı ilə xarakterizə olunur[1]. Bəzi poliolefinlər qızdırıldıqda onlardan insan sağlamlığına zərərverici maddələr ayrilir[3].

İstifadəsi və perspektivliyi

[redaktə | mənbəni redaktə et]

Poliolefinlər hazır məhsulda aşağı maya dəyərini, uzunömürlülüyü və az çəkini birləşdirməyə imkan verir. Polietilenlər və polipropilenlər Avropada plastmasa olan illik təlabatın həcminin yarıya qədərini təşkil edir[2]. Hal-hazırda etilenin və propilenin yüksəkməhsuldarlıqlı iritonnajlı polimerləşmə prosesləri yüksəkeffektli katalizatorlardan istifadə etməklə təkmilləşdirilir. Metallaşdırma, mineral və polimer doldurucuların daxil edilməsi ilə etilen və digər olefinlər əsasında yeni materiallar yaradılır ki, bunlar da çevikliyə, yük altında çatlamaya qarşı dayanıqlığa, şaxtaya qarşı davamlılığa və digər xassələrə malikdirlər[4] 1990-cı illərin ortalarından etibarən yüksək aktivliyə malik metallosen (keçid metalların və tsiklopentadienin əmələ gətirdiyi üzvi birləşmə) katalizatorlar (polimerləşmə ilə vahid mərkəzə malik) tətbiq olunur ki, bunlar da polimer zəncirinin uzunluğunun bərabərliliyinə və şaxələnməsinə nəzarət etməyə imkan verir. Nəticədə bərk halda müxtəlif həmcinsli polimerlər alınır, məhsulun fiziki və optiki xassələri yaxşılaşır, daha ücüz somonomerlərdən effektiv istifadə imkanı yaranır[3].

  • Полиэтилен и другие полиолефины: пер. с англ. и нем. / Ред.: П. В. Козлов, Н. А. Платэ.-М.: Мир, 1964.— 594 с.
  • Камбаров, Ю. Г.Полиолефины / Ю. Г. Камбаров, Н. М. Сеидов, А. А. Буниятзаде.— Баку: Азернешр, 1966.— 185 с.
  • Кренцель Б. А., Клейнер В. И.Кристаллические полиолефины. — Итоги науки и техники.—М., 1974. — Т. 5. — (Химия и технология высокомолекулярных соединений).
  • Кренцель, Б. А. Высшие полиолефины / Б. А. Кренцель, В. И. Клейнер, Л. Л. Стоцкая. — М.: Химия, 1984. — 184 с.