Polterqayst

Əlcəzairin Cheragas şəhərindəki evlərin birində xidmətçi işləyən 14 yaşlı qızın başına gələn polterqayst fenomeninin təsvir olunduğu şəkil. Şəkil 1911-ci ildə Fransada nəşr edilən (fr. La Vie Mystérieuse) jurnalında yer alıb.

Polterqayst (alm. poltergeist‎) — alman folklorunda pis və narahat ruhları simvolizə edən mifik canlı. Alman dilindən dünya dillərinə olduğu kimi keçmiş sözün hərfi tərcüməsi səs-küy salan ruh kimi tərcümə edilir. Folklordakı təsvirlərə görə polterqaystlar bir evə daxil olduğu zaman ev əşyalarını məqsədli şəkildə yerə salır, otaqların işıqlarını yandırıb-söndürür və qapı zənglərini çalırdılar. Polterqaytslar tərəfindən təqib edilən evlər, malikanələr əsasən lənətli məkanlar hesab olunurdu və qədim alman inanclarında hesab olunurdu ki, onlarla mübarizə aparmaq çox çətin, bəzi hallarda isə mümkünsüzdür və yeganə yol həmin evi tərk etməkdən ibarətdir.[1]

Polterqayst fenomeni tədricən təkcə alman folklorunun bir elementi olmaqdan çıxmış, xüsusi ilə XIX əsrin ortalarından etibarən Şimali AmerikaAvropada ayrı-ayrı oxşar olaylarla diqqət çəkmişdir. XIX əsrin sonlarına yaxın İngiltərədə yerləşən Borley Rektorluğunda baş vermiş paranormal hadisələr polterqayst fenomenin ən məşhur nümunələrindən biri hesab olunur. Alman folklorunda təsvirlərə görə polterqaystlar hücum çəkdiyi evlərdə asanlıqla yanğınlar çıxara bilir, evdə yaşayan sakinləri dişləyə, çimdikləyə və vura bilərdilər. Yatmış vəziyyətdə olan şəxsin yatağı ilə birlikdə yatağından kənara atılması da, folklorda rast gəlinən elementlərdən biri olmuşdur.[2]

Fenomen qorxu filmi janrında xüsusi yerə malikdir. Mövzu ilə bağlı bir çox sənədli və bədii filmlər çəkilib ki, ilk ciddi ekran əsərləri 1982-ci ildə Stiven Spilberq ssenari müəllifi olduğu Polterqayst filmdir. Film şəhərdən kənar ərazidə yaşayan ailənin kiçik qızını qaçıran bədxah polterqaystların ailənin evinə basqın etməsindən bəhs edir.

  1. "poltergeist | Chambers Dictionary of the Unexplained - Credo Reference". search.credoreference.com. 2022-02-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-18.
  2. Terence Hines. (2003). Pseudoscience and the Paranormal. Prometheus Books. p. 98. ISBN 978-1573929790