Quş qırxbuğumu (lat. Polygonum aviculare) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin qırxbuğumkimilər fəsiləsinin qırxbuğum cinsinə aid bitki növü.
Quş qırxbuğumu | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Cins: Növ: Quş qırxbuğumu |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Birillik ot bitkisidir. Gövdəsi budaqlanan, düyünlü, adətən sərilən bitkidir. Yarpaqları çoxsaylı, növbəli, ellipsşəkilli və ya neştərşəkilli, bütövkənarlı, uzunluğu 1-3 sm olub, daralmış qısa saplaqla birləşmişdir. Çiçəkləri kiçik olmaqla, 2-5 ədəd qoltuq tumurcuqları ilə əhatə olunmuşdur. Çiçək yatağı 5 bölümlü, yaşılımtıl olub, kənarları çəhrayı və ya ağ rənglidir. Erkəkciyi 8, dişiciyi qısa sütuncuqlu, az görünən dişicik ağzından ibarətdir. Meyvəsi üçtilli fındıqcıqdır. İyuldan payızın sonuna qədər çiçəkləyir. Zəif iyli olub, azacıq büzücüdür. Yaşayış sahələrinə yaxın yerlərdə, yol boyunca, çöllərdə, bostan və örüşlərdə yayılır. Talalarda, çəmənlərdə, kiçik yarğanlarda, yolkənarı kanallarda, dəmiryol və şose yollarına yaxın yamaclarda, meşə və meşə-çöllərdə rast gəlinir. Turş torpaqların indikatoru sayılır. çətin sağalan yaralarda (trofik yara) tətbiq olunur.
Çoxillik yabanı quşdili bitkisi çiçəkləyən dövrdə çiçəkləri və otu toplanılır və keyfiyyətli dərman bitki xammalı kimi istifadə edilir. Çiçəklərini yay ayında toplamaq lazımdır. Yaşayış sahələrinə yaxın, çox çirklənmiş yerlərdən bitkinin toplanılması məsləhət görülmür. Gövdə çiçək və yarpaqları iti oraq və digər kəsici alətlərlə torpaqdan 4-5 sm yuxarı hündürlüyündə toplanılır. Xammal çardax və naveslərdə, yaxşı ventiliyasiyalı yerlərdə nazik qatla sərilməli və ya 40-500C temperaturda quruducu şkafda qurudulmalıdır.
Qaranlıq, yaxşı havalı yerlərdə stellaj və yeşiklərdə saxlanılmalıdır. Saxlanılma müddəti 3 ildir.
Bitkinin tərkibində flavonoidlər (0,2-1%), xüsusən də avikulyarin və kverçetin, aşı maddələri (1,8-4,8%), askorbin turşusu (900 mq%), fenol, karotinoidlər (39 mq%) və 1% silikat turşusu törəmələri vardır.
Diuretik və urolitik dərmandır. Tərkibində silikatlar (1,2% həllolmayan və 0,25% həllolan), aşı maddələri (4% qədər), selik, qatran, flavonoidlər, saponinlər, piy və şəkər vardır. Qədim xalq təbabətinə və elmi təbabətə görə keyfiyyətli qankəsici, diuretik və urolitik dərman olmaqla, sidik konkrimentlərini orqanizmdən kənarlaşdırır.Eyni zamanda büzücü, sidikqovucu, iltihabsorucu və antimikrob xassəsi vardır. Avikulyarin qlükozidi qanın laxtalanma qabiliyyətini artırır, uşaqlıq əzələsini tonuslandırır. Xammalından sidik konkrimentlərini çıxaran vasitə kimi tətbiq olunur. M.N.Zdrenko metodu ilə ödqovucu, hepatoprotektor dərman "Hepavit" adlanır.
Ekstrakt. Qarışıq tərkibli preparat "Fitolizin" adlanır.
Quşdili sidikqovucu, iltihabsorucu, büzücü, möhkəmləndirici, qankəsici və ödqovucu təsir göstərir. İshalla müşayət olunan enterkolitdə təyin edilir. Quşdili xüsusilə böyrək və sidikyolu, nefrit, pielonefrit, sistit xəstəliklərində qastrit, qaraciyər, ödyolu (öddaşı) xəstəliklərində, iltihab etiologiyalı genekoloji xəstəliklərdə, şonsuzluqda, podaqra, vərəm, malyariya, difteriya, raxit və diatez xəstəliklərdə tətbiq edilir. Bir çox qanaxmalarda (mədə-bağırsaq, böyrək, ağciyər və uşaqlıq) və öskürəklə müşayət olunan ağciyər xəstəliklərində tətbiq edilir.
2-3 xörək qaşığı bitkini 2 stəkan qaynanmış soyuq suda qaynayana qədər qızdırmaq lazımdır (sutqalıq doza). Yaz və payızda profilaktik məqsədlə hər gün 2-3 dəfə, hər dəfə 1 fincan qəbul etmək olar. Müalicə kursu bir neçə həftədir. İshal zamanı gündə 3 fincan qəbul etmək məsləhətdir. Bundan başqa revmatizm, podaqra, sidik yolu və böyrək xəstəliklərində, sidik tutulmalarında və babasildə istifadə edilir. Xaricə dəri səpkilərində işlədilir. Bitkinin dəmləməsindən böyrək konkrimentlərinin tökülməsində və iltihabi proseslərdə tətbiq edilir. M.N.Zdrenko miksturası kimi bədxassəli şişlərdə təyin edilir.
Xalq təbabətində maddələr mübadiləsini normallaşdıran bitki kimi böyrək və öddaşı xəstəliklərində tətbiq edilən tərkiblərə daxildir. Bitkidən hazırlanmış təzə sokdan əsasən yanıqların müalicəsində istifadə edilir.
Hamiləlik.