Ponti Pilat (lat. Pontius Pilatus) — Yəhudi əyalətinin V prefekti, Suvarilər rəisi. İosiv Flaviy və Taçit onu prokurator adlandırsalar da 1961 ci ildə aşkar edilmiş, Pilatın yaşıdı olan Kesari yazısında göstərilir ki, 6-41 ci illərdə o, prefekt vəzifəsini daşımışdır.
Ponti Pilat | |
---|---|
lat. Pontius Pilatus | |
26 – 36 | |
Əvvəlki | Valeri Qrat |
Sonrakı | Martsel |
Şəxsi məlumatlar | |
Doğum tarixi | güm. dekabr e.ə. 12[1] |
Doğum yeri | |
Vəfat tarixi | |
Vəfat yeri |
|
Fəaliyyəti | siyasətçi, dövlət rəsmisi |
Həyat yoldaşı | Klavdiya Prokula |
Rütbəsi | Leqat |
Vikianbarda əlaqəli mediafayllar |
Əhdi-Cədidə görə sinedrionun (dini şuranın) başçısı Kaiafanın təkidinə baxmayaraq, Ponti Pilat məhkəmədə İsaya ölüm hökmü verməkdən üç dəfə çəkinmişdir.
Pilatın həyat yoldaşı Klavdiya Prokula İsanın yuxusunda ona əzab verdiyini söyləyərək onu öldürməməyi ərindən israrla xahiş edir.Buna görə də bəzi xristian təriqətlərində onun adı - Klavdiya Prokula əziz tutulur.
“Onlar bağırırdılar: Onu çarmıxa! Çarmıxa! O, üçüncü dəfə onlara dedi: O nə bəd iş görmüşdür? mən Onu öldürmək üçün heç bir səbəb görmürəm ki, Onu cəzalandırım, buraxacağam. Lakin onlar gurultu ilə bağırırdılar ki, o, çarmıxa çəkilsin; və rahibin çığırtıları da onlara qatışmışdır. Və Pilat onların təkidi ilə qatili zindandan buraxmağı, İsanı isə onların ixtiyarına verməyi qərara alır”.
— Lukanın İncili
.
Lukanın İncilinin rəvayətinə görə, Pilat bu zaman onun töküləcək qanda günahı olmadığına işarə olaraq, qədim yəhudi ənənəsinə uyğun şəkildə "xalq qarşısında su götürüb əllərini yuyur" (“əllərimi yuyuram” (ivr. Netilat Jadajim )) kəlməsi buradan əmələ gəlmişdir).
Ponti Pilat xristianlıq simvolu kimi İsa, Məryəmdən sonra xatırlanan üç addan biridir.
Məhz Ponti Pilat adına istinad olunaraq İsa tarixdə bir faktiki şəxs kimi təsdiqlənmişdir.
S TIBERIÉUM
azərb. Ponti Pilat yəhudi prefekti, Tiberinin təmsilçisi]] Pilatın sonrakı həyatı haqqına çoxlu ziddiyyətli məlumatlar mövcuddur. IV əsrdə yaşamış Yevseviyə görə o, Qaliyaya Vyennə göndərilmiş, orada da özünə qəsd edərək ölmüşdür. Digər apokrif yazıda göstərilir ki, onun cəsədi Tiber çayına atılmış, lakin bu hal çay sularında coşqunluq yaratdığından cəsəd çıxarılaraq Vyennə aparılaraq Rona çayı sularında batırılmış, hadisə təzədən təkrarlandığından cəsəd çıxardılaraq Alp göllərinin birində batırılmışdır. Digər bir məlumata əsasən o, Neron tərəfindən qətlə yetirilmişdir. Vyenndəki piramidal sütunlu ippadrom, uzun müddət "Pilatın məzarı" kimi tanınmışdır.